Atropatena dövləti

  1. Atropatena coğrafi şəraiti

    Atropatenanın təbii-coğrafi şəraiti haqqında mənbələrdə ətraflı məlumatlara təsadüf edilmir.Antik müəlliflərdən Strabon öz əsərində
    diyarın təbii,fiziki coğrafiyasının bir sıra məslələrinə toxunmuşdur.Bir sıra müəlliflər istər İran,Ermənistan,Gürcüstan və habelə Albaniyanın da
    təbii-coğrafi şəraitinə toxunmuşlar.Əldə olan məlumatlar,arxeoloji tapıntıların nəticələri təsdiq edir ki,dağlıq ölkə olan Atropatena ərazisini zirvələri qarla örtülmüş Savalan,Səhənd,Büzguş,Qaflantı,Bağro və Zaqros dağları əhatə edir.2.Dövlətin Yaranışıİran tarixçisi K.Pirniya yazır ki,Filipp öldükdən sonra onun yerinə oğlu İskəndərin keçməsi xəbərini eşidən Dara onun gənc olub siyasətdə
    az təcrübəyə malik olmasının və Makedoniya tərəfindən İran dövlətinə qarşı təhlükənin aradan getdiyini güman edib arxayınçılığa yol verdi.
    Və Makedoniya ilə Əhəmənilər arasında müharibə başlayır.Makedoniyalı İsgəndərin güzəştə getməməsi müharibədə onların qalib gəlməsinə şərait yaradır.
    Qərbi Midiya satraplığı müharibə ərəfəsindı iqtisadi-sosial cəhətdən inkişaf etmiş əyalətlərdən biri idi.Bu satraplığa görkəmli dövlət xadimi Atropat başçılıq edirdi.E.ə.324-cü ildə Bariaksın İskəndərə qarşı üsyan qaldırmasını Atropat yatırır.Beləcə Atropat İskəndərin etibar etdiyi
    şəxsə çevrilir.Atropat qızını İskəndərin sərkərdəsi Perdikkiyə verməklə onlar arasında əlaqələr güclənir və beləliklə Atropatın adını daşıyan
    Atropatena dövləti güclənir.Strabonun verdiyi məlumata görə Qazaka və Verri adlı dövlətin 2 paytaxtı olmuşdur.Ehtimal ki,e.ə IV əsrin
    sonuncu onilliklərindı müstəqilliyini saxlamağa çalışan Atropat və onun varisləri İranın bütün satraplıqlarını ələ keçirərək “mərkəzləşdirmə” siyasəti yürüdən Selevkilərə qarşı mübarizə aparmışdı.

    3. Siyasi müstəqillik uğrunda mübarizə

    E.ə III əsrin 20-ci illərin sonlarında Atropatena hökmdarı Artabaz Selevki hökmdarı III Antioxun hakimiyyətini qəbul etmişdi. Lakin
    e.ə II əsrin 60-cı illərində Atropatena yenidən müstəqil oldu.Atropatena Parfiya ilə münasibətlərini gücləndirir,bəzən də parfiyalılara
    qarşı Roma ilə müttəfiq olurdular.Selevkilər və parfiyalılardan sonra e.ə 36-cı ildə Roma sərkərdəsi Antonu Verrana keçərək Atropatenanın
    qış iqamətgahı Fraaspaya hücum edərək məğlub oldular.Antonidən qalan qəniməti bölüşdürmək uğrunda Parfiyalı IV Fraat ilə Artavazd
    arasında gərginlik yaranır.Bundan sonra Artavazd Antoni ilə qohum oldu.E.2-11-ci illərində Artabarzanın oğlu V Artavazd Atropatena və Ermənistan hakimi oldu.Onun dövründə Atropatenada Arşakilər sülaləsinin kiçik qolunun əsasını qoymuş III Artaban hakimiyyətə gəldi
    O romalıların ən qəddar düşməni idi.III Artaban Parfiya taxt-tacını ələ keçirdikdən sonra qardaşı Pakoru ora təyin edir.E.72-74-cü illərində
    Xəzər dənizi sahili əyalətlərinə alanlar hücum edir.Lakin Pakor onlara qarşı müqavimət göstərə bilmir.Atropatena 227-ci ildən etibarən Sasanilərin işğalı altına düşmüşdür. Atropatena Sasanilərin dövründə Aturpatakan, Adarbadaqan, Azərbazqan adlanaraq imperiyanın
    şimal mərzbanlığını təşkil edirdi.

    Yazar: Zeynəb Hüseynzadə