Atillanın sonuncu Roma səfəri və ölümü

452-ci ilin yazının sonlarında Hun ordusu Juli Alp dağlarının dərəsini keçərək Pannoniyadan yola düşdü. Aetis Romadakı daxili qarışıqlıq səbəbindən heç bir tədbir görə bilmədi. Atilla Romanın şərq sərhədlərini müdafiə edən Aquileia şəhərinə hücum etdi. Burada qotlar yerləşdirilmişdi. Şəhər 3 ay müqavimət göstərdi uzun müddət davam edən mühasirə və ərzağın tükənməsi səbəbindən hunlar arasında iğtişaşlar yarandı. Bu əsnada şəhərdən bir leylək çıxdığını görən  Atilla əsgərlərinə dedi: ”Üstün  intuisiya ilə yaradılmış bu quş, şəhərin özünü qoruya bilməyəcəyinə və orda təhlükəsiz  ola bilməyəcəyinə inanaraq yuvasını tərk edir. Bu qalanı qoruyanların artıq şəhəri müdafiə etmək gücündən  və vasitələrindən məhrum olduğuna əmin bir işarədir. Bu o deməkdir ki, onlar bizim mühasirəmizə daha çox tab gətirə bilməyəcəklər”. Bundan ruhlanan əsgərlər imperiyanın doqquzuncu böyük şəhərini ələ keçirdilər.

Atilla daha sonra İtaliyaya daxil oldu. Bir çox şəhərləri məhv etdi. Visentiya, Verona, Breskiya, Perqamo və Milan üzərindən  Paviaya qədər uzandı. Bir çox şəhərlər könüllü təslim olmayan şəhərləri yandırdıqları üçün əvvəlcə təslim oldular. İmperator  Valentinian qorxaraq Ravennadakı  sarayından qaçdı. Daha sonra məclisini toplayaraq verdiyi qərar ətrafında Roma şəhərinin valisi və Papa I Leonu Atillanın yanına göndərdi. Elçilər Po və Minsio çaylarının qovuşduğu yerdə Atilla ilə görüşdü və sülh müqaviləsi bağlamağa məcbur oldular. Papa xüsusi mərasimlərdə geyindiyi paltarda Atillanın qarşısına çıxdı. Orada nə deyildiyi məlum deyil. Əsirləri Atillaya çatdırdılar və külli miqdarda qızıl gətirdilər.

Beləliklə, Atilla Qərbi Romanı zərərsizləşdirdiyini düşündü və Dunay çayına geri qayıtdı. Atilla İtaliyanın şimalında olarkən Şərqi romalılar Dunay çayını keçərək Hun sərhəd qoşunlarına hücum etdilər. Aetis də onlara yardım göndərdi. Atilla daha sonra Şərqi Romanı müharibə ilə hədələyərək vergi tələb etdi və öz mərkəzinə qayıtdı. Atilla 453-cü ilin yazında Şərqi Romaya və Sasanilərə qarşı səfərə hazırlaşarkən toy gecəsində  ağzından və burnundan qan axması nəticəsində öldü.


Atillanın dəfn mərasimi ilə bağlı aşağıdakılar yazılıb:
“Atillanın cəsədi düşərgənin ortasındakı ipək çadırda idi. Bunun ətrafında Hun əsgərlərindən seçilmiş süvarilər döyüş oyunları  oynayırdılar. Kişilər xalq adət-ənənəsinə uyğun olaraq saçlarını kəsdirirdilər. Onlar qorxu yaradan üzlərini dərin yaralarla eybəcərləşdirirdilər. Eyni zamanda bardlar və döyüşçülər Hun dilində mərsiyə deyirlər. Muncuğun oğlu Atilla ən qəhrəman xalqların ağasıdır. Siz İskit və Almaniya kimi saysız -hesabsız şəhərləri fəth etmisiz. Hər iki Roma İmperiyasını diz çökdürdünüz, onları qorxutdunuz. Onlardan illik vergi aldınız. Taleyin bütün bunları etdikdən sonra sən düşmənlərinin xəyanətindən, yarasından yox, xalqın arasında heç bir ağrı-acı çəkmədən öldün.

Priskosun dediyinə görə, Atillanın məzarı başında strava adlı cənazə yeməyi yeyilib və dəfn mərasimləri başlayıb. Atillanın  cəsədi bir- birinin ardınca üç tabuta qoyuldu. Birincisi qızıl, ikincisi gümüş, üçüncüsü isə dəmir idi. Bu qüdrətli padşahın hər üçünə dəyər olduğunu göstermək üçün idi. Dəmir onun qəbilələri məğlub etdiyinə, qızıl və gümüş isə onun hər iki Roma imperiyasındakı mövqeyinə işarə idi. Dəfn gecə və gizli şəkildə həyata keçirilib. Onunla bərabər məzara döyüşdə düşməndən  götürülmüş silahlar, müxtəlif daşlarla bəzədilmiş qızıl naxışlı at qoşquları, səltənətini göstərən müxtəlif əşyalar qoyulmuşdur. Bunlar onun sarayını bəzəyirdi. İnsan hərisliyini böyük və qiymətli bir xəzinədən uzaq tutmaq və qəbrin yerini kimsə bilməməsi üçün qəbri qazanlar da öldürüldü.”

Əli Əhmədbəyoğlunun tədqiqatlarına görə, Atillanın məzarının yeri bilinməsə də, ehtimal ki, Dunay və Tisa arasındakı bölgənin şərq hissəsindədir. Üstəlik, qəbirləri qazanların da öldürüldüyü barədə düzgün məlumat yoxdur. Atillanın məzarı o dövrün şərtlərində talan olmasın deyə gizli saxlanılırdı.

QAYNAQ: Kürşat Yılmaz- Hun Tarihi
TƏRCÜMƏÇİ: İnci Mirzəyeva
HƏMÇİNİN BAX: Azərbaycan Atabəylər dövlətində sikkə zərbi və pul tədavülü
HƏMÇİNİN BAX: Tehsilim.org/kimya-fenni-uzre-isci-qrupunun-iclasi-kecirilib/