Atillanın şəxsiyyəti
Atilla dünya imperiyası qurmuşdu. Beləliklə, Şərq və Qərb Romaya qarşı yürüşlər etmiş, İstanbulun mühasirəyə almış və Katalaun döyüşündə düşmənlərini əzmişdi. O Sasanilərə qarşı
hücuma hazırlaşarkən öldü. Öləndə o, şərqdə İrana qədər, qərbdə Atlantik okeanına və bəlkə də, Altaylara qədər uzanan böyük bir ölkəni miras qoydu. Dünya tarixində bəlkə də ən maraqlı insan Atilladır . Onun haqqında yazılan yazılar, atributlar yüzlərlə cilddən ibarətdir. Ancaq Atilla ilə bağlı iki əsas mənbəmiz var ki , onlardan tarixi məlumat əldə edə bilərik .
Onlardan biri Jordanes deyir:
Millətlərin sarsılması üçün, bütün dünyanın qorxması üçün dünyaya gələn insan yayılan dəhşətli xəbərdən hamının qorxduğu adam idi. Təkəbbürlə yeriyirdi, gözləri nurlu, məğrur gücü bədəninin
hərəkətlərindən hiss olunurdu. Müharibəni hər şeydən çox sevsə də, düşünərək hərəkət etmiş və ağlı ilə çox şeyə nail olmuşdur. Ondan mərhəmət diləyənlərə mərhəmət, ona sadiq olanlara isə
lütf göstərdi. Qısa boylu, geniş çiyinli idi. Gözləri iri başı ilə müqayisədə kiçik idi. Seyrək saqqalı ağarmışdı. Onun yastı burnu və forması olmayan üzü köklərinin izini daşıyırdı. O, ağıllı və hiyləgər idi. Təhdid etdiyi yerə yox başqa yerə hücum edərdi.
Prisusun qeydləri :
Bizə və digər barbarlara çox şirin və dadlı yeməklər gətirildi. O biri skiflərə, bizə gümüş qablarda, Atillaya isə taxta boşqablarda ət gətirirdilər. O, hər cəhətdən mülayim idi. Qonaqlara qızıl və gümüş qədəhlər versə də, qədəhi ağacdan idi. Kürəyindəki paltarı, ayaqqabısı, qılıncının sapı, atının yəhəri, paltarı əsgərlərininkindən heç bir fərqi yox idi. Digər tərəfdən, digər skif sərkərdələrinin bu
əşyaları qızıl və qiymətli daşlarla bəzədilmiş göz qamaşdırıcı idi. Onunku belə deyildi. Sadəcə digərlərindən daha təmiz idi.
Avropa hunları tarix səhnəsinə çıxanda öz həyat tərzinə uyğun olaraq Şərqi Avropa çöllərinə yayılmışdılar. Bundan əvvəl onlar Ötükən bölgəsini tərk edərək Balkaş gölünün cənubundan
Mavərənnəhrə, Qazax çölünə və Don -İdil çaylarının aşağı axınına doğru getdilər. Buradan da Orta Dunaya doğru basqınlara başladılar. Onlar Ukraynanın cənubundakı torpaqlarda, Don-İdil düzündə Qafqaza qədər uzanan çöllərdə yayılmışlar. Hunların sərhədi olan Macarıstan düzənlikləri və Karpat çölləri onlara böyük çöl tipli dövlət yaratmağa imkan vermişdir.
Atilla kimi xarizmatik və qüdrətli bir liderin vəfatından sonra, başqa çöl tipli türk dövlətlərində olduğu kimi, onun yerini kimsə tuta bilmədiyi kimi, dövlət də tez gücünü itirdi. Atilla dövləti
gücləndirəndə qəbilə bəyləri əvvəllər olduğu kimi mərkəzdə saxlanılmamışdı, onlar uzaqlaşdırıldı, digər tərəfdən Avropada tabeçilikdə olan xalqlara öz bölgələrində muxtariyyət hüququ verildi.
Müharibə zamanı əsgər toplayır, lakin Şərqi Roma və Qərbi Roma kimi dövlətlərlə əlaqələr qurmağa icazə verilmirdi. Yenə də bu yerlərdən olan insanlar və zadəganlar Hun dövlətinə təyin edildi. Onlar mülki idilər. Diplomatiyadan tutmuş vergi yığımına, ticarətdən sərhəd mühafizəsinə qədər müxtəlif işlərdə qulluq edirdilər.
Yüksək rütbəlilər Atillanın ətrafında idilər, Atillanın oğulları ilə bərabər xidmət edirdilər və müharibə zamanı tabe xalqların ordularına komandanlıq edirdilər. Atilla tayfaların hakimiyyətini qırdı və ona sədaqətlə xidmət edən yad xalqlar təbəqəsi yaratdı. Atilla öldükdən sonra tabe olan xalqlar bir -birinə üsyan etdilər və tabeçilikdən çıxdılar. Atillanın ardınca gələn İlək buna mane ola bilmədi . Atillanın tanınmış baş xanımı Arıkan adlı bir qadın idi. Hunlara başçılıq etmək hüququ olan İlək, Denigizik və İrnək də ondan doğulmuşdu. Bundan başqa, Atillanın qadın və uşaqlarla bağlı rəvayətlər çox qeyri -müəyyən və bəlkədə qeyri-dəqiqdir
QAYNAQ: Kürşat Yıldırım- Hun Tarihi
TƏRCÜMƏÇİ: Fatimə Seydova
HƏMÇİNİN BAX: Parnik effekti
HƏMÇİNİN BAX: Tehsilim.org/x-sinfe-qebul-prosesinin-son-gunu/