Atəşkəs yenidən pozuldu

14 iyul tarixində saat 14:28 radələrində Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən Qazax rayonunun Xanlıqlar kəndi istiqamətində artilleriya qurğularından atəş açılıb.

“Qafqazinfo” xəbər verir ki, kənd sakinləri arasında yaralanma və xəsarətalma halları olmayıb.