Art terapiya
Yaş və iş məhdudiyyəti olmadan hər kəs üzərində ediləcək bir terapiya növüdür . Çəkdiyimiz rəsmlərlə, istifadə etdiyimiz rənglərlə biz daxili aləmimizi, xaricə vururuq. Karl Qustav Yunqun fikrincə insan rəsm çəkərkən sıxışdırılmış istəkləri , qorxuları, aqressiya və travmanı kağız üzərinə keçirir. Nəticədə mənfi duyğular azalır, pasientdə mənəvi yüngüllük, rahatlıq yaranır.art terapiya ilə özünü ifadə həyatın ən çətin və dəhşətli anlarında belə insanı rahatladır, özünə inamı artırır. Bir çoxları art terapiya sayəsində ən təhlükəli xəstəliklərdən belə müalicə olunub. Art terapiya insanı istənilən xəstəliyə qarşı mübarizə aparmağa ruhlandırır.
Artterapiya- pasientin duyğularını, qorxularını, aqressiyasını, travmasını ortaya çıxarmaqda, eyni zamanda sosial münasibətlərinin tənzimlənməsində, özgüvən hissinin bərpasında, müsbət bacarıqlar qazanmaqda istifadə olunan terapiya növüdür. Art terapiyanın musiqi, rəsm, rəqs, heykəltəraşlıq, imaqo, foto, masqa kimi növləri var.
“Bəzən elə olur ki, insan özünə rahatlıq tapa bilmir. İçində müəyyən boşluqlar, cavabsız sualların yarandığını hiss edir. Çox vaxt insanlar üzləşdiyi dərdin qarşısında çarəsiz qalır, mübarizə aparmağa gücü olmur. Bu hallarda art terapiyanın tədbiqi yaxşı nəticələr verir”.hissləri, kədəri rəsmlə səmimi etiraf etdikcə insan daha da rahatlaşır:
“İnsan öz kədərini şəklə köçürəndən sonra o şəkli cırıb atmalıdır.
Kimlərə tətbiq olunur?
Art terapiya əsasən güclü stressə məruz qalan, bədbəxt hadisə ilə üzləşən, yaxınlarını itirən və ya yaxınları ağır xəstə olan insanlara, psixiatrik diaqnozlu insanlara, depressiyalara meyilli olanlara, həmyaşıdları arasında özünü narahat hiss edən, dərslərini çətin oxuyan uşaqlara və kəllə-beyin travmalarından sonrakı dövrlərdə tədbiq olunur”
YAZAR: Aysu Əliyeva
Həmçinin bax: Daun sindromu
Həmçinin bax: tehsilim.org/macaristanda-2021-2022-ci-tedris-ili-ucun-teqaud-proqrami/