Arsax
✓ Ermənilərin Dağlıq Qarabağı ələ keçirmək cəhdləri gəlmə və torpaqsız xalqın ərazi iddialarının tərkib hissəsidir. Qarabağda həmişə Azərbaycan tayfaları yaşamış və bu ərazi Azərbaycan dövlətlərinin tərkibində olmuşdur. Qarabağ hər dövürdə bütöv ərazi vahidi olmuşdur.
✓ Qarabağ əraziləri qədim dövrdə “Arsax” adı ilə (Arsax sözü qədim sakların adı ilə bağlı olub , “igid sak” ,”ər sak” , “sak kişisi” mənalarını verir.) Albaniya dövlətinin tərkibində olmuşdur. Arsax-Qarabağ əraziləri daha sonra ərəb xilafətinin, bu dövlətin süquta uğramasından sonra isə Azərbaycan dövlətlərinin – Sacilər, Rəvvadilər, Eldəgizlər,
Qaraqoyunlu, Ağqoyunlu, Səfəvilər və Qarabağ xanlığının tərkibində olmuşdur. 1805-ci ildə xanlıq Rusiya tərəfindən işğal edilmişdi. 1919-cu il Paris sülh konfransı zamanı Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan qərb sərhədləri 2300 il əvvəl Albaniya dövlətinin dönəmində olduğu kimi yenə də Göyçə gölündən keçirdi. Indi ermənilər Azərbaycanın tarixi torpaqlarını zəbt edərək Göyçəni daxili göllərinə çevirmiş, adını da dəyişərək “Sevan”
qoymuşlar.
✓ Ərəb xilafəti dövrünə, İslamın Azərbaycana gəlişinə qədər Arsax-Qarabağ ərazilərində yalnız yerli Alban-Azərbaycan tayfaları yaşamışlar. Əhalinin əksəriyyəti VII əsrdə islamı qəbul etmişdir. O vaxta qədər burda xiristianlıq və atəşpərəstlik mövcud idi. Həmin dövrdə Erməni dövləti mövcud deyildi, lakin xristianlığın qriqorian məzhəbində olan erməni kilsəsi fealiyyətini davam etdirirdi. Arsax-Qarabağın dağlara çəkilmiş yerli alban-xiristian əhalisi ilk
vaxtlar öz kilsələrində ibadət etsədə, qonşu gürcülərlə məzhəb fərqləri olduğuna görə və xristian dünyası ilə əlaqələr kəsildiyi üçün onlar tədricən erməni kilsəsinin təsiri altına düşür, əvvəl qriqorianlaşır, sonra isə erməniləşir. Buna baxmayaraq onlar özlərinin etnik mənsubiyyətini, dini müstəqilliyini qoruyub saxlamış və XIX əsrin ortalarına qədər rəsmi sənədlərdə özlərini alban milləti və alban kilsəsinin nümayədələri kimi təqdim etmişlər .
✓ Arsax-Qarabağ (XIII əsrdən Qarabağ adı işlədilir.) Əhalisinin böyük əksəriyyəti yerli türklərdən ibarət olmuş və müxtəlif Azərbaycan dövlətlərinin tərkibində bu əyalət yerli nəsillərə mənsub hakimlər tərəfindən idarə olunmuşdur.
✓ Ərəb xilafəti parçalandıqdan sonra Albaniyanın həmin ərazisində Sünik və Arsax-Xaçın knyazlığı yarandı. XII əsrin sonlarına yaxın Sünik padşahlığı dağıldı. XII əsrin sonu -XII əsrin
əvvəllərində Arsax ərazisində təşəkkül tapmış Xaçın knyazlığı I.A.Orbelinin sözləri ilə desək “qədim Albaniyanın bir hissəsi idi. Beləliklə , tamamilə təbiidir ki, ərəb xilafəti dağılarkən onun ərazisində dirçələn yerli dövlətlər içərisində heç bir erməni dövləti olmamışdır.Bu da Azərbaycandan və Gürcüstandan fərqli olaraq, Cənubi Qafqazda ermənilərin ümumiyyətlə dövlətçilik tarixinə malik olmadıqlarını sübut edir.
✓ Xaçın knyazlığı Həsən Cəlalın dövründə yüksək inkişaf mərhələsinə çatmışdır.Dövrün narrativ və epiqrafiq mənbələrində o , “Xaçın və Arsax ölkərinin əzəmətli knyazı “ , “Albaniya hökmdarı” adı ilə anılır.Bir sözlə onun bütün titulları Azərbaycan -Albaniya tarixinəməxsusdur.
MƏNBƏ:
Yaqub Mahmudov: Azərbaycan Tarixi”
Qarabağ Haqqında Tarixi Faktlar .Bakı , 2009
Yazar: Allahverdiyeva Vəsilə