Aparıcı fəaliyyət və şəxsiyyətin inkişafında onun rolu
İnsan həyatı müxtəlif yaş dövrlərindən keçir. Hər yaş dövrünün də özünəməxsus xüsusiyyətləri, maraq dairələri vardır. Fəaliyyət nədir?
İnsan fəal varlıqdır. O , ətraf aləmə fəal təsir göstərir, onu dəyişməklə özü də dəyişir. İnsanla təbiət arasındakı bu cür fəal qarşılıqlı təsir prosesi fəaliyyət adlanır.
Fəaliyyət insanın dərk olunmuş məqsədləri ilə tənzim olunan daxili (psixi) və xarici (fiziki) fəallığıdır. Tərifdən də göründüyü kimi, fəaliyyət zamanı insanın həm psixi ,həm də fiziki fəallığı baş verə bilər.
İnsan fəaliyyətini nəzərdən keçirdikdə onun müxtəlif və çoxsaylı olduğunu görürük. Adətən insanlar həyatları boyu öz tələbatlarını ödəmək üçün müxtəlif fəaliyyət növlərindən istifadə edirlər. Bunlardan bəziləri ötəri, dəyişkən , digərləri isə uzun müddətli, insanın bütün həyatı boyu onun tələbatını ödəyə biləcək fəaliyyət kimi özünü göstərir. Demək olar ki, bütün insanlar üçün olan fəaliyyət sahələri fəaliyyətin əsas növləridir. İnsanın bütün həyatı boyu istifadə etdiyi bu cür fəaliyyət növlərinə oyun, təlim və əmək aiddir . Fəaliyyətin bu növlərindən biri müəyyən yaş dövründə aparıcı fəaliyyət, digərləri isə köməkçi fəaliyyət kimi özünü göstərir. Belə ki, məktəbəqədər yaş dövründə oyun aparıcı fəaliyyət növü hesab olunur. Bu dövrdə uşaqlar öz tələbatlarını əsasən oyunun köməyi ilə ödəyirlər. Bununla yanaşı olaraq həmin dövrdə uşaqlar həm öyrənir , həm də sadə özünəxidmət əməyindən istifadə edirlər. Məktəb yaş dövründə aparıcı fəaliyyət təlim fəaliyyəti olur. Bu dövrdə şagirdlər həm oyundan, həm də əməkdən istifadə edirlər. Yaşlı adamlar üçün aparıcı fəaliyyət əmək fəaliyyəti hesab olunsa da, onlarda həm oyun həm də təlim fəaliyyətindən istifadə edirlər.
Oyun, təlim, əməklə yanaşı psixoloji ədəbiyyatda ünsiyyətdə əsas fəaliyyət növü kimi qəbul olunur. Həqiqətən də, insanlar həyatının bütün dövrlərində ünsiyyətə tələbat hiss edir və ondan istifadə edirlər. İnformasiya mübadiləsi, qarşılıqlı təsir, bir birini qavrama, anlama prosesi bütün insan həyatını əhatə edir.
Oyun elə bir fəaliyyət növüdür ki, onun nəticəsində heç bir maddi mənəvi qazanc əldə olunmur. Oyun daha çox əyləncə xarakteri daşıyır, yaşlılar üçün istirahət, kiçik yaşlı uşaq üçün öyrənmə xarakteri daşıyır.
Oyunun müxtəlif tipləri mövcuddur: əşyavi və süjetli , hərəki və didaktik, fərdi və qrup halında , rollu və qaydalı oyunlar və s .
Təlim fəaliyyəti məktəblilərin və tələbələrin nəzəri bilikləri və onlarla bağlı bacarıq və vərdişləri mənimsəmələrinə yönəldilmiş fəaliyyət növlərindən biri, aparıcı fəaliyyətləridir. Yaşlı adamlarda təlim özünütəhsil xarakteri daşıya bilər.
Təlim insanın fəaliyyət və davranışını bəşəriyyətin ictimai təcrübəsini mənimsəməsinə yönəldən fəal bir prosesdir. Təlim fəaliyyəti təkcə məktəblilərdə və tələbələrdə bilik, bacarıq və vərdişlərin formalaşmasını təmin etməklə kifayətlənmir. Bu proses onlarda psixi inkişafa, şəxsiyyətin formalaşmasına da əsaslı təsir göstərir.
İnsanın fəaliyyət sistemində əmək xüsusi yer tutur. Əmək fəaliyyəti son nəticədə özünün məhsuldarlığı ilə fərqlənir. Məhz buna görə də əməyi müəyyən ictimai- faydalı, maddi və ya ideal məhsullar istehsalına yönəldilmiş fəaliyyət kimi qəbul edirlər.
Əmək yalnız tələbatların ödənilməsinə xidmət etmir, həm də şəxsiyyətin formalaşmasına müsbət təsir göstərir.
YAZAR: Aydan Qurbanova
Həmçinin bax:Qiymətləndirmə metodları
Həmçinin bax:https://turaz.org/sahzade-filip-defn-edilib/
Həmçinin bax:https://tehsilim.org/yasil-marafon-cercivesind%c9%99-xocas%c9%99nde-agac-ekilib/