Ani ödəniş sistemi gələn ay istifadəyə veriləcək
Azərbaycan Mərkəzi Bankı (AMB) ani ödəniş sistemini avqust ayında ictimaiyyətə təqdim edəcək.
“APA-Economics”in verdiyi xəbərə görə, bu barədə AMB-nin bu gün keçirilən mətbuat konfransında məlumat verilib.
Bildirilib ki, bu, ödənişi anında və 7/24 həyata keçirməyə imkan verəcək. Vətəndaşların günün istənilən vaxtında öz hesablarına çıxış imkanı yaradılacaq.
Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov mətbuat konfransında qeyd edib ki, əmanətlərin tam sığortalanması ilə bağlı qanun layihəsinin müddətinin uzadılması hələ ki, müzakirə olunmur.
Mənbə: musavat.com
Müxbir:Jqlə Hüseynova