Ancient human remains found in Paleolithic camps

Along with archelogical materials,paleoantropological finds were discovered in Paleolithic camps during complex scientific researches conducted in different countries of the world.In June 1968,during the archeological excavations carried out by the Paleolithic archeological expedition led by M.M.Huseynov in the lV horizon of the V layer of the Azykh camp was discovered a jaw belonging to a primitive man.Professor D.V.Hajiyev has been conducting scientific research on this jaw for a long time.It has been found that,according to the specific features of the jaw structure,it is closer to piticanthropes on the one hand,especially to the jaw of the Mauer man,and to people of the preneandertal type on the other.It is obvious that the jaw of a primitive man found in the V layer of the multi-layered Azykh Paleolithic camp is large and its body is relatively thick.In this respect,the jaw found in the Azykh cave camp differs from that of the Australopithecus and becomes a special place among archaeanthropes in certain respects.According to its physical type,the jaw found in the Azykh camp is a transitional stage between a synanthropic human and a Neanderthal human.The lower jaw found in Azykh was compared to Australopithecus, Archaeanthropus, Synanthropus and Piticanthropus.The conducted scientific researches gave interesting scientific results.As the lower part of the azykhantrop jaw was broken, its thickness was measured at 19.5 mm in that area.
It was found that the same area in the lower jaws of Australopithecus is equal to 33.5 mm.The piticanthropic jaw found on the island of Java in Indonesia is 26.3 mm thick, the synanthropic human jaw found in China is 19.6 mm thick, and the Heidelberg man’s jaw found in the Heidelberg village of Germany is 21.4 mm thick.From the above measurements, it is clear that the jaw of the Azykh man becomes a special place between the synanthropic man and the Heidelberg man.Thus, as a result of complex scientific research conducted over the past 50 years, rich paleoanthropological findings related to ancient humans have been discovered and the following human types have been identified:
1.Homo Turkana
2.Keniantrop
3.Homo erectus
4.Homo habilis
5.Zincantrop
6.Piticantrop
7.Synanthropic
8.Azykhantrop
9.Homo Dmanisi
10.Neanderthal man
11.Homo sapiens

Writer:Nermin Huseynova

Paleolit düşərgələrindən tapılmış qədim insan qalıqları

Dünyanın müxtəlif ölkələri ərazisində aparılan kompleks elmi tədqiqatlar zamanı paleolit düşərgələrindən arxeoloji materiallarla yanaşı,paleoantropoloji tapıntılar da aşkar olunmuşdur. 1968-ci ilin iyununda M.M.Hüseynovun rəhbərliyi altında Paleolit arxeoloji ekspedisiyası Azıx düşərgəsinin V təbəqəsinin lV horizontunda apardığı arxeoloji qazıntılar zamanı ibtidai insana məxsus çənə aşkar olunmuşdur.Bu çənə üzərində professor D.V.Hacıyev uzun müddət elmi tədqiqat işləri aparmışdır.Məlum olmuşdur ki,çənə quruluşundakı spesifik cəhətlərə əsasən,nir tərəfdən pitikantroplara,xüsusilə Mauer adamının çənəsinə,digər tərəfdən preneandertal tipli insanlara daha yaxındır.Çoxtəbəqəli Azıx Paleolit düşərgəsinin V təbəqəsindən tapılmış ibtidai insana məxsus çənənin iri olması açıq nəzərə çarpır və onun gövdəsi nisbətən qalındır.Bu baxımdan Azıx mağara düşərgəsindən tapılmış çənə avstralopitek tipli damlardan fərqlənir və müəyyən cəhətlərinə görə arxantroplar arasında xüsusi yer tutur. Fiziki tipinə görə Azıx düşərgəsindən aşkar edilmiş çənə sinantrop tipli insanla neandertal adam arasında keçid mərhələsidir. Azıxdan tapılmış alt çənə avstralopitek,arxantrop,sinantrop və pitikantropla müqayisə edilmişdir. Aparılmış elmi araşdırmalar maraqlı elmi nəticələr vermişdir. Azıxantropun çənəsinin aşağı hissəsi qırılıb düşdüyündən həmin sahədə onun qalınlığı 19.5 mm ölçülmüşdür.Müəyyən olunmuşdur ki,avstralopiteklərin alt çənələrində də həmin sahə 33,5 mm-ə bərabərdir. İndoneziyanın Yava adasında tapılmış pitikantrop çənəsinin qalınlığı 26.3 mm,Çində tapılmış sinantrop tipli insanın çənəsinin qalınlığı 19.6 mm,Almaniyanın Heydelberq kəndi ərazisindən tapılmış Heydelberq adamının çənəsinin qalınlığı 21,4 mm-dir.Yuxarıdan göstərilən ölçülərdən aydın olur ki,Azıx adamının çənəsi sinantrop tipli insanla Heydelberq adam arasında özünə xüsusi yer tutur.
Beləliklə,son 50 ildə aparılan kompleks elmi tədqiqat işləri nəticəsində qədim insanlara aid zəngin paleoantropoloji tapıntılar aşkar olunmuş və aşağıdakı insan tipləri müəyyən olunmuşdur:
1.Homo Türkanə
2.Keniantrop
3.Homo erektus
4.Homo habilis
5.Zinkantrop
6.Pitikantrop
7.Sinantrop
8.Arxantrop
9.Homo Dmanisi
10.Neandertal insan
11.Homo Sapiens

YAZAR: Nərmin Hüseynova

Həmiçinin bax: Səfəvi Dövləti Azərbaycan Dövlətidir
Həmiçinin bax: https://tehsilim.org/bdu-da-muqayiseli-huquq-arasdirmalari-merkezi-yaradilacaq/
Həmiçinin bax: https://turaz.org/prezident-erdoganin-ertugrul-qazini-anma-mesaji/