Analitik təyinatlarda istifadə olunan reaktivlər
Analitik reaksiyalar vasitəsilə təyinatlar zamanı müxtəlif reaktivlərdən istifadə olunur.Seçiciliyindən asılı olaraq təyinatlarda istifadə olunan reaktivlər 3 yerə bölünür:
1.Xüsusi reaktivlər
2.Selektiv reaktivlər
3.Qrup reaktivləri
- Xüsusi reaktivlər o reaktivlərə deyilir ki, onlarım köməyi ilə verilmiş şəraitdə yalnız 1 maddə təyin olunur.Və təyinata digər maddələr mane olmur.Bu reaktivlərin sayı olduqca azlıq təşkil edir.Bunlara misal olaraq yodun təyinində istifadə olunan nişastanı göstərə bilərik:
- Selektiv reaktivlər verilmiş şəraitdə az miqdarda- yalnız bir neçə maddə ilə reaksiyaya girən reaktivlərə deyilir.Bunlara misal olaraq ammonyak buferi mühitində dimetilqlioksimi göstərmək olar.Dimetilqlioksim ammonyak mühitində yalnız Ni(II) ,Fe(II), Co(II),Zr(IV) və Th(IV) ionları ilə reaksiyaya girir.
- Qrup reaktivləri müəyyən şəraitdə müəyyən qrup maddələri çökdürməklə digər maddələrdən tamamilə ayıran reaktivlərə deyilir.Xüsusilə də vəsfi analizdə qrup reaktivlərindən istifadə edilməsi mühüm əhəmiyyət kəsb edir.Qrup reaktivlərindən maddələrin təyini üçün yox,qruplar şəklində ayrılması və beləliklə sistematik analizin aparılması məqsədilə istifadə olunur.Bununla əlaqəli olaraq qrup reaktivlərinə müəyyən tələbatlar verilir:
Qrup reaktivlərinə verilən tələbatlar |
1. Qrup reaktivləri müəyyən şəraitdə bu və ya digər qrup maddələri başqa maddələrdən tam çökdürməklə ayırmalıdırlar. |
2. Qrup reaktivlərinin köməyi ilə ayrılan çöküntülər yenidən asanlıqla turşularda həll olmalıdır. |
3. Qrup reaktivlərinin artığı məhlulda qalan ionların ayrılmasına və təyininə mane olmamalıdır. |
YAZAR: Sevinc Cümşüdlü
Həmçinin bax: https://kafkazh.com/analiz-metodlari/
Həmçinin bax: https://tehsilim.org/azercell-sagird-telebe-ve-muellimler-ucun-yeni-tehsil-internet-paketini-teqdim-edib/