Analitik reaksiyalar üçün əsas göstəricilər: Seçicilik

Seçicilik nədir və hansı artırılma üsulları vardır?

Analitik kimyada istifadə olunan təyinat reaksiyaları 3 mühüm göstərici ilə xarakterizə olunur:

1.Həssaslıq

2.Seçicilik

3.Dəqiqlik

Seçicilik- Verilmiş reaksiya ilə təyin olunan maddənin təyinatına kənar maddələrin maneçilik təsiri reaksiyanın seçiciliyi adlanır.

Seçicilik adətən təyin olunan maddə ilə təyinata mane olan maddələrin kütlə və ya miqdar nisbətləri şəklində göstərilir. Məsələn:, 1 mkq   ionunun bixromat və hidrogen-peroksidlə təyininə   ionunun 5 mkq və daha artıq miqdarı mane olduğundan reaksiyanın seçiciliyi 1:5 nisbətində göstərilir.

Seçiciliyindən asılı olaraq təyinatlarında istifadə olunan reaktivləri xüsusi, selektivqrup reaktivləri olmaqla 3 yerə  bölünürlər.

Həssaslıq kimi seçicilik də reaksiyanın aparıldığı şəraitdən, mühitdən, digər maddələrin iştirakından və s. asılıdır. Ona görə də müəyyən üsullardan istifadə etməklə reaksiyanın seçiciliyini artırmaq olar. Seçiciliyin artırılmasının bəzi üsulları ilə tanış olaq.Onlar aşağıdakılardır:

1.Təyinata mane olan maddələrin pərdələnməsi.

Təyinata mane olan maddələrin pərdələnməsi dedikdə bu və ya digər reaksiyadan istifadə etməklə onun qatılığının təyin olunan maddənin  təyinatına mane olmayan həddə qədər azaldılması başa düşülür. Mane olan maddələrin pərdələnməsi üçün kompleksəmələgəlmə, turşu-əsas oksidləşmə-reduksiya reaksiyalarından istifad olunur.

Məsələn: Ni(ll)  ionunun dimetilqlioksimlə təyini zamanı Fe(ll)  ionu təyinata mane olduğundan onu nitrat turşusu əlavə etməklə Fe(III) ionuna oksidləşdirməklə pərdələmək olar.

2.Təyinata mane olan maddələrin ayrılması.

Təyinata mane olan maddələrin maneçiliyini pərdələməklə aradan qaldırmaq mümkün olmadıqda həmin maddələrin ayrılması üçün digər üsullardan, məsələn, ekstraksiya, xromatoqrafiya və s. üsullardan istifadə olunur.

  • Ekstraksiya üsulu ilə mane olan maddələrin ayrılması təyin olunan maddənin ekstraksiya olunaraq üzvi fazaya keçməsinə əsaslanır.
  • Xromatoqrafiya üsulu qarışıqları ayrı-ayrı komponentlərinə ayırmaq, qazşəkilli qarışıqları fərqləndirmək və identifikasiya etmək (təyin etmək), kimyəvi reaksiyaların gedişində reagentlərin qatılığının dəyişməsinə nəzarət etmək və s. üçün tətbiq edirlər.

Xromatoqrafik analiz aparmaq üçün istifadə edilən cihaz xromatoqrafdır. Ona istənilən kimya laboratoriyasında və kimya sənayesində rast gəlmək olar.

 

YAZAR: Sevinc Cümşüdlü

 

Həmçinin bax: https://kafkazh.com/analitik-reaksiyalar-ucun-esas-gostericiler-hessasliq/

Həmçinin bax: https://turaz.org/ordumuz-vorotan-kendinin-bosaldilmasi-ucun-bir-saat-vaxt-verib/