Analitik reaksiyalar üçün əsas göstəricilər: Həssaslıq
Həssaslıq nədir və hansı artırılma üsulları vardır?
Analitik kimyada istifadə olunan təyinat reaksiyaları 3 mühüm göstərici ilə xarakterizə olunur:
1.Həssaslıq
2.Seçicilik
3.Dəqiqlik
Həssaslıq- təyin olunan maddənin verilmiş reaksiya ilə təyin oluna bilən ən kiçik miqdarıdır.
Hər hansısa bir maddənin reaksiya vasitəsilə nə qədər kiçik miqdarı təyin olunursa həmin reaksiya daha həssas reaksiya hesab olunur.
Müasir analitik kimyada həssaslıq analiti siqnalın intensivliyinin (y) təyin olunan maddənin qatılığından (C) asılı olaraq dəyişməsini göstərir Həssaslığın miqdari ifadəsi olaraq həssaslıq əmsalından (S) istifadə olunur.
Həssaslıq əmsalı analitik siqnalın intensivliyinin qatılığa görə birinci tərtib törəməsini göstərir.Həssaslıq əmsalının qiyməti nə qədər böyük olarsa, reaksiya o qədər həssas hesab olunur.
Həssaslıq əsasən aşağıdakı kəmiyyətlərlə xarakterizə olunur:
-
Açılma minimumu
-
Son qatılıq və ya son durulaşma
-
Son durulaşmış məhlulun minimal həcmi
Açılma minimumu – verilmiş reaksiya ilə təyin olunan maddənin təyin oluna bilənən mikroqramlarla miqdarını göstərir.Annalitik kimyada açılma minimumu ilə eyni mənanı ifadə edən açılma sərhəddi və təyinatın aşağı sərhəddi anlayışlarından da istifadə oolunur
Son durulaşma -təyin olunan maddə ilə həlledicinin eyni vahidlə ifadə olunmuş və təyinata imkan verən maksimum miqdar nisbətini göstərir.
Burada – təyinatın aparıldığı məhlulun həcmi, – açılma miniumumudur.
Son qatılıq-durulaşma halına uyğun məhlulun qatılığını göstərir.
Göründüyü kimi son durulaşma və son qatılıq bir-birinin tərsi olan anlayışlardır.Son durulaşma nisbəti nə qədər böyük olarsa, son qatılığın qiyməti bir o qədər kiçik olar.
Reaksiyanın həssaslığı sabit kəmiyyət deyil.O reaksiyanın aparılma şəraitindən, reaksiyaya daxil olan maddələrin qatılığından , temperaturdan, zamandan, mühitin turşuluğundan və reaksiya aparılan mühitdə kənar maddələrin olmasından asılıdır. Ona görə də göstərilən faktorları nəzərə almaqla reaksiyanın həssaslığını artırmaq olar. Həssaslığın aşağıdakı artırılma üsulları vardır:
1.Mikrokristalloskopik üsul. Bu üsul təyinat reaksiyalarının mikroskop altında aparılmasına, və açılma minimumunun qiymətinin azaldılmasına əsaslanır. Mikroskop altında aparılan bu cür reaksiyala mikrokristalloskopik reaksiyalar deyilir. Mikrokristalloskopik reaksiya aparmaq üçün bu reaksiya nəticəsində xarakterik formalı, müəyyən rəngdə kristallar alınmalı və onlar şüa sındırma qabiliyyətinə malik olmalıdır.
2.Damcı analizi. Bu üsul təyinatın damcı miqyasında aparılmasına əsaslanır.N.A.Tananayev tərəfindən təklif olunmuşdur. Bu üsulda təyinat aparmaq üçün kağız (filtr kağızı) üzərinə təyin olunan maddə və reaktiv məhlullarının hərəsindən bir damcı əlavə edilir. Bu zaman kağız üzərində rəngli ləkə əmələ gəlir ki, bu rəngə əsasən maddə təyin olunur. Bu üsulla həssaslığın artmasını həmin həcm məhlulda analitik siqnalın müşahidə edilməməsi ilə izah etmək olar.
3.Ekstraksiya. Bir-biri ilə qarışmayan müxtəlif həlledicilər sərhəddində maddələrin ayrılması üsulu ekstraksiya adlanır. Ekstraksiya üsulunda bir–biri ilə qarışmayan həlledicilər kimi su və üzvi həlledicilərdən istifadə olunur. Ekstraksiya üsulu ilə həssaslığın artmasına səbəb su və üzvi həlledicilərin müxtəlif həcmlərdə götürülməsi və təyin olunan maddənin su fazadan üzvi fazaya keçməsi nəticəsində qatılığının artması və beləliklə də analitik siqnalın müşahidəsidir.
Bunlardan başqa analitik reaksiyaların həssaslığını artırmaq üçün digər üsullar da vardır. Bunlara misal olaraq üzvi reaktivlərlə təyinat reaksiyaları, katalitik reaksiyaları, lyüminisent və xromatoqrafik üsulları göstərmək olar.
YAZAR: Sevinc Cümşüdlü
Həmçinin bax: https://kafkazh.com/analitik-teyinatlarda-istifade-olunan-reaktivler/
Həmçinin bax: https://tehsilim.org/biologiya-ixtisasi/