Analitik kimya fənni,vəzifəsi və məqsədləri

Analitik kimya nədir?

Analitik kimya- maddələrin analizi ilə məşğul olan elmdir.Analiz dedikdə maddələrin tərkibinə hansı komponetlərin  daxil olması və həmin komponetlərin hansı miqdarda olması nəzərdə tutulur.

Bəs komponet nədir?

Komponet atom,molekul,ion, funksional qrup,ayrıca faza və.s ola bilər.

Analitik kimya vəsfi və miqdari analiz olmaqla 2 yerə bölünür.

Vəsfi analiz -analiz olunan nümunədə hansı komponetlərin olmasını müəyyəm edir.

Miqdari analiz -analiz olunan nümunədə komponetlərin sayını müəyyən edir.

Vəsfi analizin nəticələri kimyəvi işarələr və formullarla göstərilir.

Miqdari analizin nəticələri isə müəyyən miqdar vahidləri ilə ifadə olunmuş ədədlərlə göstərilir.

Analitik kimyada analitik siqnal anlayışından istifadə olunur.

Analitik siqnal- kimyəvi reaksiya zamanı müşahidə olunan xassə dəyişikliyidir.Bu xassələrə rəngin əmələ gəlməsi və ya itməsini, çöküntünün əmələ gəlməsi və ya həll olmasını,qazın ayrılmasını və.s göstərmək olar.

Analitik siqnal- təyin olunan komponent haqqında  informasiya mənbəyidir .   Analitik siqnalın alınması ilə müşaiət olunan reaksiyalara analitik reaksiyalar deyilir.

Analitik kimyasın qarşısında duran əsas vəzifələr:

1.Məlum analiz metodlarını təkmilləşdirmək.

2.Yüksək analitik göstəricilər malik yeni analiz metodları işləyib hazırlamaq.

3.Kimyəvi analizin nəzəri problemlərini həll etmək

Analitik kimya və onun metodları həyat fəaliyyətinin bütün sahələrində çox mühüm yer tutur.Xalq təsərrüfatının metallurgiya, əczaçılıq,filiz istehsalı,faydalı qazıntı ehtiyatlarının öyrənilməsi,ərzaq sənayəsi,içməli və sənayə sularına nəzarət,ətraf mühitin çirklənməsi və onunla mübarizə kimi sahələrində analitik kimya böyük əhəmiyyət kəsb edir.

 

YAZAR: Sevinc Cümşüdlü

 

Həmçinin bax: https://kafkazh.com/mektebeqeder-terbiye-muessiselerinde-didaktik-prinsipler/

Həmçinin bax: https://tehsilim.org/dovlet-imtahan-merkezi-otk-az-portalina-sagird-ve-abituriyentler-ucun-yeni-sinaq-imtahanlari-yerlesdirmisdir/

Həmçinin bax: https://turaz.org/https-turaz-org-azerbaycan-polisi-kelbecerde-postlar-qurub/