Ana dilimiz və milli dəyərlərimiz
Əsərləri və sözləri ilə hal hazırdada dünyaca məşhur olan türk yazıçısı Peyami Safanın olduqca sevdiyim bir sözü vardır.O deyirki “ Bir milləti istilasız, silahsız və əsgərsizdə yox etmək mümkündür.Bunun üçün onun dilini və mədəniyyətini ,milli mənəvi dəyərlərini əlindən almaq kifayətdir.” Bu həqiqətəndə belədir.Ümumiyyətlə tarixən bütün millətlər yarandıqları andan etibarən talehin onlara bəxş etdiyi,əcdadlarından miras qalan milli dəyərlərlə fəxr edir və onları qorumağa çalışırlar.Demokratik və ya diktator rejimli bir dövlət olmasından asılı olmayaraq.Fikir versək görərik ki hər bir dövlət özünün qədimliyini,tarixi köklərini sübut etmək üçün tez tez maddi və ya mənəvi milli dəyərlərindən misal gətirir. Milli dəyərlərin qorunması yolunda minlərlə vətənpərvər oğula vaxdilə ölüm hökmü oxunmuş,represyalara,sürgünlərə məruz qalmışdır.M.Müşfiqin “oxu tar oxu tar” deyən səsini batırmağa çalışsalarda hal hazırda Azərbaycan Muğamı dünyanın bir çox fesdivallarında səsləndirilir.Bu dəyərlər içərisində ən vacibi heç şübhəsiz Ana dilidir.Dil_ bir milləti digərlərindən ayıran ən vacib ünsürlərdən biridir.Məhz dil vasitəsilə insan arzu və isdəklərini,duyğu və düşüncələrini başa salır,bir növ özünü ifadə edir.Dil bir millətin tarix səhnəsinə çıxdığı andan etibarən formalaşır.Araşdırmalar nəticəsində məlum olmuşdurki hal hazırda dünyada 6700 dən çox dil mövcuddur.Bunlardan yalnızca 5% işlək vəziyyətdədir və sənədləşdirilib.Azərbaycan(türk) dilidə belə dillərdən hesab olunur.Ümumiyyətlə ölkəmiz yarandığı vaxdlardan etibarən dil məsələsində olduqca böyük problemlərlə üzləşmişdir.Tarixini bilən hər bir vətəndaş bu dilin dövlət dili səviyyəsinə çatdırılması üçün necə böyük qurbanlar verildiyini az çox dərk edə bilər.Müsdəqilliyimizi əldə etdiyimiz Azərbaycan Xalq Cumhuriyyəti dövründə bu məsələnin həlli yolunda böyük addımlar atılsada sonrakı dövrlərdə bolşevik işğalı nəticəsində Ana dili məsələsi yenidən gündəmdən qalxmışdı.1969 cu ildə Heydər Əliyev hakimiyyətə gəldikdən sonra qəbul edilən 1978 ci il Konstitusyasının 73 cü maddəsi məhz dil haqqında idi.Bu o dövr üçün böyük uğur hesab edilirdi.Çünki o dövrdə SSRİ tərkibində olan bir xalqın bu addımı atması olduqca böyük təşvişə səbəb olmuşdu.Ukranya hökümət başçısı Şerbitski isə Heydər Əliyevə söyləmişdiki siz öz Ana dilinizin Azərbaycan dili olmasını qəbul edirsinizsə onda gərəy bizdə Ukraynya dili olduğunu deyək.Heydər Əliyev isə qeyd etmişdirki “Siz bizdən qat qat böyük dövlətsiniz və isdəsəniz bunu edə bilərsiniz”. Sonrakı dövrdə Ümumilli lider Heydər Əliyevin verdiyi fərmana əsasən hər il Avqusd ayının 1_i Azərbaycan dili və Əlifbası günü kimi qeyd edilməyə başladı. Hal hazırki dövrdə isə əsas məsələ əcdadlarımızın böyük çətinliklə bizə miras qoyduğu bu dilə necə sahib çıxmağımızdır. Dünyada mövcud olan dillər içərisində ingilis dili,rus dili,çin dili kimi lider dillər mövcuddur.Hansıki, onlar dünya əhalisinin əksəriyyəti tərəfindən isdifadə edilib sürətlə yayılmağa davam edir.Təbii ki gösdərdiyim lider dillərdən heç biri bu ünvanı asand qazanmamışdır. Bəs bu proses necə baş verir? Nə etməliyikki öz dilimiz dahada zənginləşsin və lider dillər sırasına daxil ola bilsin.Az öncədə qeyd etdiyimiz kimi dil siyasəti özü özlüyündə böyük bir siyasətdir. Dil siyasi iradənin altında bir sözə çevrilər və beləliklədə siyasətin sözü olar. Müasir dövrdə ölkələr ordu və silahla deyil mədəniyyətlə,iqtisadiyyatla işğal edilir .Bu yol nisbətən uzun lakin daha effektiv yoldur. Hal hazırki dövrdə zəngin və qədim Azərbaycan dilidə işğal edilməyə doğru gedir.Bəs buna səbəb nədir? Buna səbəb məhz biz özünüzük.Müasir gənclik və köhnə nəsil arasında artıq dərin bir uçurum yaranmağa başlayır.Dil ilə düşüncə arasında,düşüncə və mədəniyyəti inkişaf etdirmə arasında ciddi bağlılıq vardır.Lakin son dövrlərdə düşüncə və mədəniyyətin inkişafında xarici sözlərdən geniş isdifadə edilməsi nəticəsində təqlidçilik meydana gəlmişdir. Nəticədə artıq özümüz olmur, bir növ Başqalaşırıq.Məlumdurki, millətlər və dövlətlər arasında qarşılıqlı mübadilələr,alışverişlər olur və nəticədə dilin ümumi quruluşuda dəyişkənliyə uğrayır. Hal hazırki dövrdədə ölkəmizdə ən geniş yayılmış dillərdən biri Rus və İngilis dilidir.Təbii ki hər bir dili öyrənmək olduqca vacibdir.Yeni bir dil dünyaya yeni bir baxış bucağıdır.Amma müəyyən çərçivə daxilində.Artıq vəziyyət o yerdədirki, isdər evin içində isdər küçədə isdərsədə digər yerlərdə insanlar bir birləri ilə əcnəbi dillərdə danışmağa başlayır.Küçələrdə öz dilimizdə deyil əcnəbi dilıərdə yazılan plakatlara,afişalara tez _tez rasd gəlinir.Bu halların qarşısının alınması üçün tədbirlər görülsədə ilk növbədə hər bir vətəndaş tədbiri öz evinin içərisində görməlidir.Təəssüflər olsunki bu hal böyüklərdə daha çoxdur.Bəli məhz elə böyüklərdə.Çoxları düşünə bilərki Ana dilinin daxili qaydalarını pozan və milli dəyərlərə ziyan vuran gənc nəsildir.Lakin o nəsli yetişdirəndə məhz böyüklərdir.Kiçik yaşlarından uşaqlara ana ata sözü əvəzinə mama ,papa sözünü öyrədən,uşaqları hələ bağça yaşından əcnəbi sektor məktəblərə yazdıran valdeyinlər təəssüfki bu siyasəti tam şəkildə başa düşə bilmirlər. Bu isə milli mənəvi dəyərlərin itirilməsinə və dilin sıradan çıxmasına səbəb olur. Hal hazırda Azərbaycan gəncliyinin əsas məqsədi isdənilən hər yerdə bizi mədəniyyətsizliklə ittiham edən lakin mədəniyyəti elə türklərdən aldığını unudan hər bir kəsə öz doğma dilimizlə cavab vermək,onları susdurmaqdır.Bizim işğal etdikləri ərazilərə müxdəlif mədəniyyət nümunələri basdıran daha sonra özlərinin buranın qədim sakini olduğunu sübuta yetirməyə çalışan bəzi dırnağarası xalqlardan əsas fərqimiz məhz budur.Dil bir millətin etnik kimliyini gösdərən başlıca ünsürdür.Əgər bundan bir neçə əsr sonra aparılan araşdırmalarda Azərbaycan türkü kimi deyil başqa bir millətin nümayəndəsi kimi çıxmaq isdəmiriksə o zaman hər bir vətəndaş öz dilini və mədəniyətini qorumağı və müdafiə etməyi bacarmalıdır.Mənim gənc nəsil adından bütün valdeyinlərdən xahişim budurki, övladlarınıza öz dilimizi öz adətlərimizi öyrədin.Onlara mübariz və vətənpərvər olmağı aşılayın.Özünüz bunlara əməl edinki, gələcək nəsil sizdən örnək ala bilsin.Unutmayın.Öz Ana dilini həqiqətən bilməyən başqa bir dili öyrənə bilməz.
Yazar: Quliyeva Müşfiqə ADPU tələbəsi (kafkazh.com saytı və ADPU TGT IBT fakultəsinin təşkilatçılığı ilə “Ən Yaradıcı Məqalə” müsabiqəsinin iştirakçısı)