Ana Dili Günü

 “Hər bir xalqın milliliyini, mənvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. (Heydər Əliyev)
Bəşəriyyət yaranandan beri dil də yaranmışdır. Dilimiz və ədəbiyyatımız bizim tariximizi, mədəniyyətimizi milli mənsubiyyətimizi,adət və ənənələrimizi ta qədim zamanlardan bu günə qədər yaşatmış, gözəlləşdirmiş və silinməz izlərimizi təzə saxlamışdır. Bu gün tarixi keçmişimiz və elmi mövzularda kitablarımız varsa biz bütün bunları öz dilimizə borcluyuq. Dil yeganə varlıqdır ki köhnəlmir, yardlaşmır, qocalmır və əsrlərdir ki, yaşayır və yaşayacaq. Dilimizi qoruyaq və sevək. Dilimizi qorusaq tariximizi, keçmişimizi, bu günümüzü və gələcəyimizi də qorumuş olacağıq.

 Dil ictimai hadisədir . Çünki dil mühitə uyğun olaraq formalaşır. İnsan beynində ikinci siqnal sistemi sayəsində insanlar danışa bilir. Bu sistem sadəcə insanlarda var. Ona görə də dil bialoji yox ictimai hadisədir. Dil irsi xarakter daşımır. Dil cəmiyyətdə yaranır və cəmiyyətə xidmət edir.

İllər ötdü, yaşa doldum.
Anladım ki, ana dilim
Ürəyimdən çıxmaz mənim,
doğransam da dilim- dilim.
Anladım ki, sinəmdəki sözlər deyil,
babaların nəfəsidir.
Dizlərimə taqət, qüvvət,
gözlərimə işıq verən,
Çənlibeldə at oynadıb
şimşəklərlə qoşa gedən
igidlərin nərəsidir.
Bu dildədir yüz abidə, min abidə,
Xilafəti parçalayan
Babəkimin qəzəbi də!
Məhv olarsa bir gün bu dil,
Göy Göl onda Göy Göl deyil.
Qoşqar onda Qoşqar deyil.
Qız qalası qala deyil.
( Xəlil Rza Ulutürk)

Firidun bəy Köçərli “Ana dili” məqaləsində belə bir fikir qeyd edib: “Millətini sevən,onun mənəvi dirliyinə çalışan, tərəqqisi naminə əmək sərf edən yazıçılarımızdan, ədiblərimizdən və şairlərimizdən çox-çox təvəqqe edirik ki, dillərini asanlaşdırsınlar,ana dilindən uzaq düşməsinlər… Fikirlərini açıq və sadə dildə yazsınlar,ta ki onların yazdıqlarını oxuyan anlasın, düşünsün və ayılsin.Ancaq bu yolla yazan ilə oxuyanın arasında dostluq, ittifaq və birlik əmələ gələ bilər.”

Dilimiz özünü  ən çox yazıda tapıb . Yazının tarixi dildən sonra yaranıb. İlk yazı növü əşyalar vasitəsilə olub. İndiyədək gəlib keçən yazının tarixi 4 yerə bölünür:
1) əşyəvi yazı
2)şəkli yazı(piktoqrafik)
3fikri yazı (ideoqrafik)
4) fonoqrafik yazı

Fonoqrafiq yazının ilkin forması, (yəni fonoqrafik yazı formalaşana qədər) heca yazısı (sillabik yazı ) mövcud olmuşdur.Sillabik yazı yazının bir növü deyil, fonoqrafik  yazının təkmilləşmə prosesinə qədər olan mərhələsidir əslində.
İlk fonoqrafik yazı nümunəsi “Orxon -Yenisey abidələri”-dir.
*Orxon-Yensey abidələri*
XIII əsr fars tarixçisi Alaəddin Cüveyni Monqolustanda olarkən üzərində qəribə yazılar olan daş abidələr görmüş və bu haqda öz əsərində məlumat vermişdir. Bir neçə əsr sonra da bu yazı ilə maraqlananlar olmuşdur lakin Avropa alimləri yalnız Filip Stralenberqin tapıntılarından  sonra bu yazılarla yaxından maraqlanmağa başladılar.

Bir çox alimlər Orxon- Yenisey abidələrini oxumağa cəhd etsələr də,ilk dəfə Danimarka alimi Vilhelm Tomsenə nəsib oldu.

*1894-cü ildə rus alimi Vasili Radlov Kültigin abidənin mətnini tam olaraq oxudu və tərcümə etdi.*
Tədqiqatlar göstərir ki,38 hərfdən ibarət Orxon-Yenisey əlifbası başqa dillərdən alınmış , xüsusi olaraq türk dili üçün icad edilmişdir.Burdakı hərflər məhz türk dilindəki spesifik səsləri işarə edir.Bu əlifba ilə yazılan mətnlərdə sözlər bir-birindən iki nöqtə ilə ayrılır.Cümlələr sağdan -sola
,bəzən də yuxarıdan -aşağıya doğru yazılır.

 Dilimizin inkişafında və yenilənərək gözəlləşməsində lüğətlərin böyük rolu olmuşdur.Lüğətçilik-  dilçiliyin praktik (təcrübi) sahəsi olub, lüğətlərin tərtibi,yaranma qaydalarını öyrənir. Lüğətçilik Azərbaycan- türk dilçiliyinin qədim sahələrindəndir. Mahmud Kaşğarinin 1072-ci ildə yazdığı məşhur   *”Divanü lüğa-tit- türk* ( türk dillərinin divanı və ya lüğəti) əsəri buna nümunə ola bilər.
*Azərbaycan dilinin inkişafında alimlərimizin rolu*
  Mahmud Kaşğari – XI əsrin böyük dilçisidir. Onun “Divanü lüğat ət- türk” əsəri ən qədim lüğətlərdəndir. Mahmud Kaşğari Qaşğar elindən olduğu üçün ona bəzən Qaşğarlı  da deyirlər. Qaşğarlı,  türk dünyasının böyük alimidir. *Onun lüğəti  türk dünyasının ilk ensiklopediyasıdır.* 10 ilə yazılan bu lüğətdə , 9000 -dən çox söz və ifadə var. Mahmud Kasğari türk xalqlarının yaşadığı böyük bir ərazini gəzərək, müxtəlif türk xalqlarının dillərinə aid zəngin material toplamış və qiymətli bir lüğət hazırlamışdır.Lügət ərəb dilində yazılmışdır.  Lüğətin yeganə əlyazması XIII əsrdə Azərbaycanda köçürülübdür.Bu əlyazma 1915-ci ildə Türkiyədə tapılıb və nəşr edilib. Mahmud Kaşğari  “Divanü lüğat ət- türk”  əsərində  yazırdı ki;”Türk və ərəb dilləri atbaşı ( bərabər) gedir. “Divanü lüğat- ət türk”  əsərindən türk dillərinin fonetik və qrammatik xüsusiyyətləri barədə də zəngin məlumatlar almaq mümkündür.

Mirzə Kazım bəy – dilinizin ilk elmi qrammatikasını yaratmışdır. XIX yüzilliyin görkəmli alimlərindən biri olmuşdur.O, şərqşünas, filosof, tarixçi, arxeoloq, tərcüməçi və gözəl bir dilçi idi. Gənc yaşlarından Kazan şəhərində yaşayan Mirzə Kazım bəy Rusiyada yeni bir elm sahəsinin – *şərqşünaslığın*  əsasını qoymuşdur. Böyük şərqşünas
V. Bartold yazır ki: ” Rus  şərqşünaslığını təmsil edən görkəmli alimlərin hamısı Kazım bəy və Senkovskinin bilavasitə şagirdləridir.”

Mirzə Kazım bəyin delmek olar ki, bütün əsərləri, ingilis, fransız, dillərinə tərcümə olunmuş, London və Parisdə çap edilmişdir.O ,ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, Danimarka, Rusiya və bir çox başqa ölkələrin elmi cəmiyyətlərinin üzvü idi. Mirzə Kazım bəy çarın elm üzrə ən hörmətli “Demidov” mükafatına 3 dəfə layiq görülüb. İran şahı Mirzə Kazım bəyi ordenlə təltif etmiş, İngiltərə kraliçası isə onu medalla mükafatlandırmışdır. Mirzə Kazım bəy Azərbaycan  xalqını  və Azərbaycan dilini hər yerdə ləyaqətlə təmsil etmişdi.

Azərbaycan dili haqqında.
Azərbaycan dilinin funksiyaları
Üç funksiyası var:
1) Birinci funksiyası insanlar arasında əlaqə yaratmaq;
2) İkinci funksiyası insanı əhatə edən əşya və hadisələri əks etdirmək, onların adlarını bildirmək;
3) Üçüncü funksiyası isə fikri ifadə etməkdir.
Azərbaycan dili geneloji bölgüyə əsasən türk dillərinin Oğuz qurupuna və Oğuz- Səlcuq yarımqrupuna mənsubdur. Başqa dil qruplarında olduğu kimi bu qrupa daxil edilən dillər də bir- birinə leksik, morfoloji və sintaktik cəhətdən yaxındır. Azərbaycan dili ənənəvi- morfoloji  və ya tipoloji baxımdan İltisaqi ( aqlütinativ) dillər qrupuna daxildir.
Azərbaycan dili eləcə də İran -İslam Respublikasında  yaşayan  30milyon azərbaycanlının ana dilidir. Bu dildən vaxtilə İraqa köçmüş 200 min -ə yaxın insan da ana dili kimi istifadə edirdi. Onlar köklərini kərkük və türkmən adlandırır və əksəriyyəti Kərkük vilayətində yaşayırdılar.

Azərbaycan yazılı ədəbi  dilinin tarixi isə əldə olunan məlumatlara görə 13 əsrdən başlayır. Azərbaycan ədəbi dilinin 800 ilə yaxın inkişaf tarixi vardır.  Bu inkiıaf tarixi iki böyük dövrə bölünür:
1)Əski dövr
2)Yeni dövr.
Azərbaycan dilinin əlifbası-
1929-cu ilə qədər Azərbaycan ,ərəb dili qrafikalı əlifbadan, 1929-1933 latın qrafikalı əlifbadan,1933—1939  latın qrafikalı əlifbadan, 1958—1991 kiril qrafikalı əlifbadan, 1991-ci ildən bu günədək isə yenidən latın qrafikalı əlifbadan istifadə etmişdir.

Ərəb əlifbasını bərpa etmə təşəbüslərinin biri Türk Dil Ortoqrafiya Seminarı tərəfindən həyata keçirilib. Bu seminar Doktor Cavad Heyətin başçılığıyla 2001-ci ilin oktyabrında Tehranda keçirilmişdir. Ərəb əlifbasında yazılan Azərbaycan türkcəsinin imlasında (yazılmasında) birlik yaratmaq Seminarın baş hədəfi seçilmişdir. “Türk Dili Yazı Kuralları” adlı qərarlar seminarın sonunda qəbul olunmuşdur.

YAZAR: GÜLNAR NƏZƏRLİ
HƏMÇİNİN BAX: KÜR ÇÖKƏKLİYİ VİLAYƏTİ 
HƏMÇİNİN BAX: turaz.org/2021-ci-il-fevralin-21-de-pesekar-muhasib-sertifikati-almaq-isteyen-namizedler-ucun-sinaq-imtahani-kecirilib/