Almaniyanın birləşdirlməsi- I Vilhelmin imperator elan edilməsi
Günəşin Parisin üzərində işıqlanmasına baxmayararaq soyuq iliyə işləyirdi. Tarix 18 yanvar 1871-ci il. Fransa
matəm içindədir. Parisin cənub-qərbində yerləşən, fransız krallarının iqamətgahı olan möhtəşəm Versal şəhərinin küçəıərini Prussiya hərbi marşlarının sədaları bürümüşdü.
17-ci əsrdə bənzəri olmayan və mütləq monarxiyanı təcəssüm etdirən 14-ci Lüdovikin sarayına dörd atlı bir karet yaxınlaşdı. Karetdən Prussiya kralı I Vilhelm endi. O,pis əhval-ruhiyyədə idi. Bayraqlar, uniformalar, süvari
qılınclar onun əhval-ruhiyyəsini dəyişmədi. Baxmayaraq ki, hər zaman onları gördükdə, onun zabit qəlbi sevinirdi.
I Vilhelm həyatının ən bəxtsiz günü ilə qarşılaşmışdı. Prussiya kralı, Prussiya və həmçinin alman federativ dövlətləri ilə birgə yaradılmış yeni imperiyanın imperatoru elanedilməli idi. Yeni tituldan imtina etmək üçün heç bir əsas
gətirə bilməyən kral, özünün möhtəşəm Prussiya tacını heç ürəyincə olmayan almaniya imperatorunun əzəmətinin kölgəsində itib-batmasını görmək qəlbini yarırdı. I Vilhelm bir gün öncə Avropanın mərkəzində yeni gücün banisi olan Bismarkla möhkəm dalaşmışdı.
“Mən Vilhelm, Allahın izni ilə Prussiya kralı və Almaniyanın seçilmiş imperatoru” – monarx özünü bələ görürdü
və ona bələ müraciət olunmasını istəyirdi. Bismark hökmdarını fikrindən daşındıra bildi, çünki, bu, Prussiyanın alman müttəfiqlərini təhqir edərdi. Heç olmasa – “Almaniyanın imperatoru” – Vilhelmin edərək söylədi. Amma Bismark yenə də razılaşmamışdı.
Hər ikisi solğun üz iləVersal sarayının aynalar zalında durmuşdular. Bismark toplaşmış knyazlar, şəhzadələr
və əllərində Prussiya dəbilgəsi tutmuş yüksək rütbəli zabitlər kimi təşviş içində görürdü ki, kralın dizləri ara-sıra
əsir. Zalda iştirak edən şəxslərin üzlərində tutqun əhval-ruhiyyə yaranmışdı. Qılıncların cingiltisindən başqa heç
bir səs eşidilmirdi.
Mərasimdə hərbi rəmzlər üstünlük təşkil edirdi. Bayraqdarlar sıraya düzülmüşdülər. Bir neçə mülki şəxs. Almaniyadan olan millət vəkilləri, özlərini səhnənin kənarına çəkdilər. I Vilhelm müttəfiqlərin xahişini yernə
yetirmək və “Alman imperator”adını qəbul etmək istədiyini bildirdi. Sonra Bismark bəyannaməni səsləndirdi.
“Alman xalqına – Biz vəzifə borcumuzu dərk edərək əlahəzrət imperatoru, imperiyanın və onun üzvlərinin
hüquqlarını müdafiə edəcəyimizi, süıhü və Almaniyanın müstəqilliyini onun vahid gücünə əsaslanaraq qoruyacaqmızı qəbul edirik”.
Bəyannamə səsləndikdən sonra ilk Baden böyük hersoqu : ”İmperator və kral həzrətləri, imperator Vilhelm, çox
yaşa” – ucadan səslənərək mübahisəli problemi çözmüş oldu.
Fransanın məğlubiyyəti ilə yeni imperiya bələ yaranmış oldu. Öz məğlubiyyəti ilə Almaniya birliyinin
yaranmasına səbəb olan Fransanın belə alçaldılması, yeni imperiyanın gələcək nəsilləri üçün həlli çətin olan problemlər törədəckdi.
Bismarkın bəyannaməsi almanxalqına ünvanlansa da, fəqət alman xalqı Versalda görünmədi və Fransa, Böyük Britaniya, ABŞ kimi ölkələrdə, əsrlərlə, mütləqiyyət və onun təbəələri arasında gedən qanlı münaqişələrdən sonra
əvəz olunmaz tarixi nailiyyət olan konstitusiya və parlament haqqında heç bir söz deyilmədi. Bu, Almaniyadan kənarda olan bir çox dövlət xadiminə qəribə, hətta narahat edici görünürdü. Böyük Britaniya aşağı palatasının müxalifət lideri Benjamin Disraeli dünya düzəninin pozulduğunu görürdü. O, imperator bəyannaməsindən və
atəşkəs elanından sonra bildirdi ki, bu müharibə Alman inqilabı deməkdir, keçən əsrin Fransız inqilabından daha böyük bir hadisədir və Avropaya nəzər salaraq əlavə etdi ki, güc tarazlığı tamamilə pozulmuşdur.
O, bələ dramatik görürdü. Amma yeniliyə nifrət edən mühafizəkar inglis siyasətçi, bir az şişirtmirdimi? Almanlar fransızların, inglislərin, rusların, ispanların və təbii ki, buyaxınlarda italyanların fəxr etdikləri milli birliyə bir az gec nail olmadılarmı? Bu, barəsində on illiklər bundan öncə yalnız azacıq qəzəb doğuran arzu deyildimi?Almanları milli birliklərini qeydetmək istədiklərinə görə kim günahlandıra bilər ki?
Təbii ki, başqa səslərdə eşidilməkdə idi. Cənubi Almaniyanın sakinləri heç bir halda Prussiyalıların dostları sayılmamaqlarına baxmayaraq imperator və imperiyaya böyük rəğbət bəsləyirdilər, bunu ora səfər edən bir
səyahətçi müşahidə etmişdir. Bütün qonaq evlərindən imperatorun və Bismarkın şəklləri asılmışdı.
Tarixçi Henrix von Sibelin sevincinin həddi-hüdudu yox idi. O, öz məktubunda dostuna “Biz Allah qarşısında nə etdik ki, o bizə belə möhtəşəm hadisələri yaşamağı bəxş etdi? Bundan sonra necə yaşamalı? İyirmi il arzu və səylərimizin əsasını təşkil edən bir şey çox möhtəşəm bir şəkildə həyata keçirildi”-yazırdı.
Amma sosialist Vilhelm Libknekst Versaldaki şoudan bir ay qabaq rişxəndlə söyləyirdi ki, imperator bəyannaməsi Berlindəki jandarm enmarktda səslənməlidir, çünki, bu imperiyanı doğurdan da yalnız jandarmalar qoruyabilər və onun dostu, sonraki Almaniya Sosial-Demokrat Partiyasının həmtəsisçilərindən biri Avqust Bebel bu birliyi “Kazarma və həbsxana birliyi” adlandırdıqdan sonra həbs cəzası almışdı.
ALMANCADAN TƏRCÜMƏ ETDİ: Zöhrə Əmrah
Həmçinin bax: İtaliyanın birləşdirilməsi
Həmçinin bax: turaz.org/mavi-veten-2021-calismasi-sabah-tamamlanacaq/