Albatros hekayəsi

 

Salam, Matilda, necəsən? Sənsiz  sənli olduğum qayalıqlara üç ildir ki gəlib gedirəm, birdən sən gələrsən səni görərəm deyə. Birinci ili çox darıxırdım və qorxurdum ki sənə nəsə olub. Hətta Azərbaycana Xoşaqədəmin verilişinə belə çıxmağa hazırlamışdım. Getdim amma  qismət  olmadı o bütün günü camaatı ağladan anaları gözü yaşlı qoyan nur üzlü insanı görmək.

Azərbaycana gedərkən yolum Nişapurdan düşdü. O Nişapur ki Ustad Xəyyamın məqbərəsi orda yerləşir. O Nişapur ki bu dünyaya Xəyyam kimi bir insan bəxş etdi. İndi deyəcəksən ki, kimdir axı bu Xəyyam. Xəyyam mənim idealımdı sədaqət rəmzidir, dirəniş gücümdür… Deyəcəksən ki, çox şişirdirəm amma yox mən o Xəyyamdan bəhs edirəm ki dostu üçün sevgisindən vaz keçmiş və sevgisinə  xəyanət etməmək üçün ömrünün axırına qədər evlənməmişdir. Xəyyam xurafatlar qarşısında öz həqiqətlərini söyləmiş və heç vaxt əyilməmişdir.

Məqbərəni ziyarət etdikdən sonra Azərbaycana gəldim və Səni axtarıram studiyasını tapdım. Studyadan içəri girmək istəyərkən  özünü broyler toyuğu kimi  şişirtmiş sifətindən zəhrimar yağan 2 qara paltarlı kişi qabağımı kəsdi. Məni tutmağa çalışdılar tutub məni satmağa çalışırdılar ya da yemək nəysə bu insanoğlundan hər şeyi gözləmək olar. Onların əlindən uçub qurtulmağa çalışarkən biri silahla ayağımdan vurdu digəri isə nəsə atdı üzərimə, qanadlarımda ağrı hiss edirdim ayaqlarım keyimişdi. Mən daha uça bilmirdim ağrıdan və tez özümü Xəzərin sahilinə atdım  nə də olsa özü də olmasa adı dənizdir şəfalı olar havası. Sahildə çoxlu qağayılar və albatroslar da var idi. Bizi çox vaxt qağayılarla, o tənbəl quşlarla qarışdırırlar amma biz onlar kimi yeyib içib yatmırıq bizim həyat fəlsəfəmiz başqadır. Qağayılar məni gördükdə başqa dəstəyə, növə aid quş olduğuma baxmayaraq məni yanlarına aldılar. Bir insandır öz növündən olan canlını məhv edən  rəngləri müxtəlifdir deyə irqlərə və millətlərə ayıran. Çox yazığım gəlir e mənim bu insan deyilən varlıqlara oysa ki xoşbəxtlik  dostluq qardaşlıq üçün yaratmadımı bizi yaradan. Orda tibb bacısı Vəfa və digər albatroslarla tanış oldum və dostlaşdıq, onlar məni evimdən yadırğatmadılar amma 4 ay sonra qayalıqlara dönməli idim çünki iyun ayı gəlirdi. Nəysə 3 ay qaldıqdan sonra getməyimi söylədim dostlarla vidalaşıb yola düşmə vaxtı idi. Vidalaşma zamanı elə hüzünlü və şən abu hava qarışığı var idi ki özümü lap hindiski kinolardakı kimi hiss edirdim. Vidalaşdıq və mən yola düşdüm bu dəfə Təbrizdə ordan isə Xorasan üzərindən uçacaqdım. Uçaraq Təbrizə çatdım orda dincəlməyə başladım və bu fürsətdən istifadə edib şairlər şairinin də qəbrini ziyarət etdim…

Təbrizdən Xorasana dayanmadan uçdum və çatdım ardımcan nələrin qaldığından xəbərsiz olaraq öz qayalıqlarıma yola düşdüm və nəhayət doğma evimdəyəm. Yenə bu sıldırım qayalar və tənha mən elə bil ürəyimə batır hər biri sənsizlikdən.

Qayalıqlarda intizarla gözləyərkən dostum Robert gəldi. Gələn kimi  məni danlamağa başladı, bir quşu belə saxlaya bilmədin sən haralardaydın  kimi mənasız cümlələr…

Səndən də xəbər verdi dedi ki  sarıdimdik ingilis albatrosu Gozeflə yuva qurubsan. Gozefi tanıyıram bir müddət oluna yoldaşlıq da eləmişəm. Siqaret  çəkməkdən dimdiyi saralıbdı. Yuva qurarkən yuvanın hər çöpünü özün daşımısan, o  özünü memar sayan dimdiyi sarı quşcığazda yalnız əmrlər verib sənə. Bəlkədə heç kömək etmir  sənə hətta  kürt yatanda belə heç növləşmirsiniz. Bilirəm deyəcəksən bu bizim özəlimizdi sayğılı ol  qarışma. Bəli amma belə etmə bioloji ekologiyanın qaydalarını pozursunuz siz. O biri quşlar da sizə baxıb pozulacaq.

Dediyinə görə Gozef səni döyür hər gün, yaxşı edir dimdiyinin ucundan gəlir çünki sən buna layiqsən. Amma balaca yumurtadan çıxan kimi psixoloqa göstər yumurtanın içində psixoloji travma ala bilər. Psixoloqlar tanış et ki gələcəkdə onun da qarşısına sənin kimi biri çıxdıqda kimi bezdirəcəyin kimin başının ətini yeyəcəyini bilsin.

Mən artıq artıq gözləməkdən bezmişəm gedirəm uzaqlara. Amma bir şeyi başa düşə bilmədim ki sən niyə belə etdin. Axı nəyim fərqli idi ondan, desəydin dimdiyimi belə boyayardım sənin üçün…

Bilirəm bu sənin günahın deyil. Təbiətin qanunu belədir, tək quşlar arasında yox digər canlılarda və insanda da

– Kişi sevir, fəda edir ömründən verir hətta atomu belə parçalayır amma qadının cavabı ” eee sən neyləmisən ki mənim üçün,  bunu hər kəs bacarar” – lakin bunu unutma xanım qız bəli hər kəs bacarar amma hər kəs bunun sənin üçün etməz.

Qadın yalnız şan – şöhrət və pul istəyir başqa heç nə. Yox indi deyəcəksən ki sevgi eşq məhəbbət… Bir söz deyim aldatmayın özünüzü bu qədər. Xəyanətin dəbdə olduğu dövrdə sevgi yalnız dillərdə gəzə bilər qəlblərdə yox.

Nəysə çox uzatdım qaldıqca itirirəm quşluğumu yavaş – yavaş dimdiyindən caynaqlarıma qədər. Bunu yazmağı özümə borc bildim və məktubu qayalıqların içərisindəki yuvamıza qoyacağam  nə vaxt yolun düşsə bəlkə oxuyarsan deyə.

Mən artıq gedirəm Matilda. Bir daha görüşməmək ümidi ilə Əlvida…

Yazar: Suat Əsədov (Ən yaxşı bədii hekayə müsabiqəsində ilk 5-likdə)

həmçinin bax Biomembran potensialı

həmçinin bax https://turaz.org/