Albaniya adının etimologiyası

Makedoniyalı İsgəndərin imperiyasının parçalanmasından sonra Qafqazın şərqində-müasir Azərbaycan
Respublikası və Dağıstan ərazisində Alban çarlığı yarandı. Albaniya adının etimologiyası tam olaraq dəqiqləşdirilməmiş məsələdir. Rusiya tarixçisi K. Trever özünün “Qafqaz Albaniyasının tarixi və mədəniyyəti haqqında oçerklər: e.ə. IV- b.e. VII əsri” adlı əsərində “Albaniya” (qədim yunan və latın dilli qaynaqlarda) və
“Alvank” (qədim ermənidilli qaynaqlarda) toponimlərinin mənşəyi məsələsinə diqqət yetirir. Onun fikrincə, toponimin kökü “albus”- “ağ” sözü ilə bağlıdır, lakin adın yaranmasının romalılarla əlaqələndirilməsi müəllif tərəfindən əsaslandırılmır, çünki romalılar yerli adı latın dilinə uyğunlaşdıraraq səslənməsini yarada bilərdilər. Bundan əlavə K. Trever iki versiyanı qeyd edir. Birinci versiyaya görə Abbasqulu ağa Bakıxanov tərəfindən XIX
əsrin əvvələrində yazılmış birinci versiyaya görə “alban” sözü latın dilindədi və tərcüməsi “ağ” sözünü verən “albi” sözündən yaranmışdır.  N. Y. Maar tərəfindən verilmiş ikinci versiyaya görə isə “Albaniya” sözü “Dağıstan” sözü
kimi dağlıq ölkə mənasını verir. N. Y. Maar fikrini həm Balkanlarda, həm də Şotlandiyadakı oxşar toponimlərin də dağlıq ərazilərə aid olması ilə əsaslandırır (1, s 4,5)Daha bir versiya isə Rusiya tarixçiləri A.P.NovoseltsevV.T.Paşuto və L.V.Çerepnin tərəfindən səsləndirilmişdir. Onların kollektiv yazdığı “Feodalizmin inkişaf yolları” adlı əsərdə Albaniya etimologiyasının yaranması irandilli alanlarla əlaqələndirilir
(2, s, 38)

Antik və erkən orta əsr müəlliflərinin məlumatlarına əsasən, alban tayfalarının məskunlaşdıqları ərazi qədimlərdə cənubda Araz çayı və Talış dağlarından, şimalda Böyük Qafqaz bərzəxinin şimal-şərq qollarınadək uzanırdı. Strabonun göstərdiyi kimi, albanlar “iberlərlə Kaspi dənizi arasında” yaşayırdılar. Ptolomeyə görə, Albaniya
“Şimalda Sarmatiyanın bir qismi ilə, Qərbdə İberiya ilə, Cənubda Böyük Ermənistanın bir qismi ilə” həmsərhəd
idi.

Heç şübhə yoxdur ki, alban tayfaları Kür çayının yalnız sol sahilində deyil, sağ sahilində də yaşamışlar. Kür
çayının Albaniya ərazisindən keçdiyini söyləyən Strabonun məlumatları bunu qəti şəkildə təsdiqləyir. Antik,
habelə erməni müəlliflərinin alban tayfalarının Kür çayının sağ sahilində də yaşadıqlarını qeyd edən məlumatları
da bunu tam müəyyənliklə təsdiq edir. Doğrudur, bizim mənbələrdə (həm antik, həm də xüsusilə erməni) bir sıra hallarda iddia olunur ki, Albaniyanın cənub sərhədi Kür çayı boyunca keçirdi, Kür çayının sağ sahilindən guya
Böyük Ermənistanın torpaqları başlanırdı (3, s, 281).

Bir sıra alimlərin Albaniya sərhədinin Kür çayı boyunca keçməsi, Kür çayının sağsahil torpaqlarının “əzəli
erməni torpaqları” olması və s. haqqındakı mülahizələri ilə əlaqədar “erməni tarixinin atası” hesab edilən
Movses Xorenasinin əsərindən bir parçanı iqtibas gətirmək vacibdir. Onu da demək lazımdır ki, həmin müəllifin məlumatları bizi maraqlandıran dövr üçün də mütəxəssislər tərəfindən yüksək qiymətləndirilir. Erməni müəllifi
yazır ki, Alban hökmdarına “Erasx (Araz – məsul red.) çayından başlanmış Xnarakert (Ağstafa zonası – məsul red.) adlanan qalayadək olan Alban düzü və onun dağlıq hissəsi miras qaldı… Parfiyalı Valarşak adlı-sanlı, cəsur Aranı (albanların əfsanəvi əcdadını – məsul red.) hakim təyin edir… Aranın varislərindən utilər, qardmanlılar, sodey tayfaları və Qarqar knyazlığı əmələ gəlmişlər… (hər yerdə kursiv bizə məxsusdur – məsul red.). Yeri gəlmişkən,
alban salnaməçisi Moisey Kalankatlı da bu cür fikirdədir (3,s, 283).

Qədim yazıçılar albanlardan danışarkən onların gözəlliyini, hündür boya, sarışın saçlara, boz gözlərə malik olduqlarını qeyd edirlər. Güman olunur ki, bunlar qədim aborigen əhalinin-indi də Azərbaycanın, Dağıstanın
və Qafqaz bərzəxinin başqa vilayətlərinin dağ və dağətəyi bölgələrində geniş surətdə təmsil olunan kavkasion
tipinin səciyyəvi cəhətləridir. Albanların etnodil mənsubiyyəti haqqında danışarkən qeyd etmək vacibdir ki, tarixi ənənə (və çox vacibdir ki, erməni ənənəsinin özü) hazırda yalnız Qəbələ (keçmiş Qutqaşen) bölgəsində yaşayan,
qədim zamanlarda və orta əsrlərdə isə Azərbaycan ərazisində fövqəladə dərəcədə geniş yayılmış müasir udiləri
qədim albanlarla eyniləşdirir. Udilərin özləri son zamanlaradək mənşəcə alban olduqlarını xatırlayırdılar. Belə ki, onlar I Pyotra ünvanlanmış məlum məktubda yazırdılar: “Biz ağvanıq (yəni albanıq )və milliyyətcə utilərik (yəni udilərik – məsul red.)” (3,  s ,282)

Məşhur tarixçi Ziya Bünyadova görə Albaniyanın ərazisində yaşayan əhali müxtəlif dillərdə danışan etnosların birliyini təşkil edirdi. Burada sakasen, muk, uti, qarqar, udin, ud, sovde, kaspi, qel, leq və s. adları daşıyan əhali təmsil olunmuşdur.  Həmçinin müəllif Strabondan istinad gətirərək Albaniyada 26 dildə danışan tayfaların
olduğunu qeyd edir. Lakin Ziya Bünyadov 26 dildə danışan tayfaların Albaniyanın aran və onu bürüyən dağ və dağətəyi hissəsələrinə şamil olumadığını qeyd edir. Müəllif həmçinin Strabonun əsərində verdiyi 26 dil məsələsinə tənqidi yanaşaraq ya Strabonun istifadə etdiyi mənbədə məlumatın düzgün qeydə alınmadığını, ya da “26 dil” anlayışını Albaniyanın şimalında (Cənubi Dağıstanda) yaşayan əhalinin dil şəraitini nəzərdə tutduğunu qeyd edir. Müəllif həmçinin Albaniyada türk etnoslarının yaşadığına diqqət çəkir, lakin Albaniyada türk etnoslarının
yaşadığını diqqət çəkən zaman hər hansısa bir antik qaynağa və yaxud hər hansı bir mənbəyə istinad etmir.
Həmçinin Ziya Bünyadova görə antik müəlliflər albanları yerli əhali yox, gəlmə hesab edirdi. Pompey Troq
(e.ə I- e. I əsrləri) albanların Fessaliyadan (Şimali Yunanıstan) gəldiklərini söyləyirdi. Yuli Solinə görə, albanlar özlərini əfsanəvi Yasonun nəsli ilə bağlayırdılar. “Mənşə kitabında” əks olunan rəvayətə görə albanlar Midiya
tərəfdən şimala və qərbə doğru yayılmışdılar. Bu məlumatlardan belə bir nəticəyə gəlmək olar ki, Albaniya
əhalisinin bir qismi miladdan əvvəlki dövrlərdə burada məskunlaşmışdı. Tit Livi albanları ən ucqar və naməlum xalqlar cərgəsinə daxil edir, Plutarx isə albanları ən cəsur xalq kimi göstərirdi (5, s, 146).

Dağıstan tarixçisi R. M. Maqomedov 1961-ci ildə yazmışdır ki, albanlar ləzgilər idilər və ona görə ―Albaniya adı ―Dağıstanmənasını verir .Bu tədqiqatçı Alban adının qədim ermənicə yazılmış forması olan ―Ağvan etnonimin (qədim ermənicə ―l‖ səsi olmadığına görə Alban ―ğ səsi ilə Ağban kimi ifadə olunurdu) Dağıstanda Axvax
rayonunda yaşayan və özlərini aşvado, Axvax kəndinin adı ilə həm də axvax adlandıran kiçik (cəmi 4 min. n.) Dağıstan dilli etnik qrup ilə eyniləşdirmişdir. Erməni tarixcisi B. A. Ulubabyan da 1971-ci ildə yazmışdır ki,
―Alban sözü kelt dilində (Britaniya adalarında yaşayanların qədim dili-Q. Q.)dağ deməkdir .Bu fikrə 1984-cü ildə
Ş. Sambatyan da şərik çıxdı .Bu o deməkdir ki, e. ə IV əsrdən miladın VIII əsrinədək yaşamış Alban dövləti
ləzgidilli xalqların əcdadlarına məxsus idi (6).

Dağıstanın Alban çarlığına aid olması fikri sonra Azərbaycanın bəzi arxeoloqları tərəfindən təkrarlanmışdır.
Halbuki Albaniya heç vaxt indiki Dağıstanı (Quba xanlığı Rusiya tərəfindən işğal edildikdən sonra Dağıstana birləşdirilmiş Samur-Dərbənd arası bölgəni çıxmaq şərtilə, çünki bu bölgə Dərbənd şəhəri daxil olmaqla tarixən Albaniyaya aid olmuşdur və 552-ci ilə qədər Alban xristian dini mərkəzi də Dərbənddən cənubda Çul şəhərində yerləşirdi) əhatə etməmişdir.Strabon aydın yazır ki, Albaniyanın şimal tərəfi Qafqaz dağları ilə əhatələnmişdir (Strabon, XI, 4, 1). Bu məlumatda şübhəsiz, elə indi olduğu kimi, Qafqaz dağlarının cənub yamacları nəzərdə tutulmalıdır.Dağıstanın Albaniya ilə eyniləşdirilməsi və Alban tarixinin Dağıstan xalqlarının tarixinə
calanmasının heç bir elmi əsası yoxdur. Tarixi həqiqət olduğu kimi bərpa edilməlidirsə, bu belədir.İkinci fərziyə
də vardır:  albanlar Şimali-Şərqi Qafqaz mənşəli, başqa sözlə, indiki çeçen-inquşların ümumi adı olan naxlar idilər.
Bu fikri İ. M. Dyakonov, İ. Əliyev və Q. A. Melikişvili A. Q. Şanidzeyə isnadən irəli sürmüşlər. İqrar Əliyev son əsərlərinin birində bir daha qətiyyətlə yazmışdır ki, Albaniya ərazisində Nax-Dağıstan dillərindən başqa dil ola bilməzdi. Albanların siyasi tarixi haqqında əsər yazmış Fəridə Məmmədova da bu fikri müdafiə edir; həm
kitabında, həm də 1989-cu ildə ―Elm və həyat jurnalında çap etdirdiyi məqaləsində o yazır ki, albanlar Şimal-
Şərqi Qafqaz dillilər idilər (6).

Süleyman Əliyarlı Albaniya ərazisində yaşamış tayfaların dillərinin “şimal-şərqi Qafqaz dilləri ailəsi”nə aid
edildiyini lakin bu fikrin sübut olunmadığını  qeyd edir.  Həmçinin müəllif alban etnik adını daşıyanların
türk dilli olmasını əsaslandırmaq üçün bir sıra dəlillər irəli sürür. İlk növbədə müəllif qazaxlar, qırğızlar və türkmənlər içərisində alban adı daşıyan tayfaların olduğunu və hamsının türkdilli olduğunu qeyd edir. Yəni  Süleyman Əliyarlı elmi araşdırmalarda “alban” etnik adını qədim türk “alp” (cəsur, igid) sözü ilə bağlı olduğunu
qeyd edir. İlk növbədə müəllif alban adını “Kitab-Dədəm Qorqud”da adı çəkilən “alpanlar”  adı ilə müqayisə edir.
Bu fikirlə Ziya Bünyadov da razıdır. Ziya Bünyadov daha da bu fikri inkişaf etdirərək qazaxlarda, alban,
türkmənlərdə isə alpan etnoniminin qaldığını, həmçinin alban adının qədim türk dillərində cəsur və igid
mənasını verən alp/ alb sözü əsasında yarandığını, alban sözündəki an şəkilçisinin isə mənsubiyyət, yaxud cəm bildirən şəkilçi olaraq alban adının “cəsurlar, igidlər” mənasını verdiyini qeyd edir.Həmçinin Ziya Bünyadov
Albaniya əhalisinin tərkibində türk tayfalarının olduğunu antik müəlliflərin albanlara “igid, cəsur” sözünü şamil etməsi ilə əsaslandırmağa çalışır. Süleyman Əliyarlı isə albanların türk dilli xalq olmasını əsaslandırmağa çalışarkən Azərbaycan Respublikası ərazisində Dağıstan və Şərqi Gürcüstanda “alp” (Alpanlar, Alpani)  tipli toponimlərin olduğunu qeyd edir. Həmçinin müəllif Alban hökmdarlarından Oroyzun adını “Kitabi-Dədəm Qorqud”dakı Uruz
adı ilə müqayisə olunduğunu , Aran adının da yalnız türk dillərindən izah olunduğunu, albanların Ay İlahəsinə
daha çox sitayiş etmələri haqqında Strabonun verdiyi məlumatı qədim türklərin “Ay Tenqri”sinə uyğun gəldiyi
ilə müqayisə edərək bu dəlillər vasitəsilə albanların türkdilli olduğunu hesab edir (4, 5)

Qiyassədin Qeybullayev albanların mənşəyi ilə bağlı xarici müəlliflərdən istinad gətirir.  Qiyasəddin Qeybullayevə görə “Albanların Şimali Qafqaz mənşəli olması fikrini A. Q. Şanidzeyə isnadən Q. A. Melikişvili 1954-cü ildə söyləmişdir. Fəridə Məmmədova isə təxminən 45 il sonra mənşəyimizi çeçen-inquşlarla bağlamaqla onu yalnız
təkrar etmişdir. Qeyd edilməlidir ki, əvvələn, çeçen-inquşları (veynaxları) bu məsələ heç maraqlandırmır;
Dağıstan tarixçiləri də məsələnin belə qoyulmasına əhəmiyyət vermirlər,görünür, albanların veynaxlarla
qohumluğu fikrinin ciddi olmadığını hiss edirlər; ikincisi, çeçen-inquşların ulu əcdadlarının antik mənbələrdə
alban yox, sod (isadik) və xamikit kimi qeyd olunmaları məlumdur” (6).

Yaxşı, tutaq ki, albanlar ləzgilərin, yaxud çeçen-inquşların, yaxud da udinlərin ulu əcdadlarıdır, bəs sonra
necə oldular? Mövcud konsepsiyanın bu məsələ ilə bağlı müddəası belədir: albanlar cənubda atropatenlilər
kimi türkləşərək həmişəlik yoxa çəməşlar. 1866-cı ildə İ. Şopen Şimali Azərbaycan haqqında  yazarkən bu
məsələyə toxunmuşdur: ―Köklü yerli əhali demək olar, başdan-başa yoxa çıxmışdır və yeni mühacirlərlə
əvəz olunmuşdur, hansılar ki, özlüyündə aydındır, keçmiş vətənləri haqqında heç nə xəbər verə bilmirlər
(И. Шопен. Новые заметки на древнейшей истории Кавказа и его обитателей. СПб., 1866, с. 359).
Digər rus 19 məmuru E. V. Beydenbaum “Qafqaz üçün bələdçi” adlı kitabında yazır: «Ehtimal ki, Zaqafqaziya tatarlarının çoxu gəlmələrdən dili və dini qəbul etmiş yerli sakinlərdir. 1901-ci ildə həmin fikri P. Nadejdin də
bu fikri “Qafqaz diyarı. İnsanlar və təbiət” əsərində təkrar etmişdir:Zaqafqaziyada türk nəsli XI əsrdən yayılmağa başlanmışdır. Sonralar, əsrimizin 30-cu illərində N. J. Marr yazmışdır ki, Alban dili yoxa çıxmışdır. Amma
1947-ci ildə həmin N. J. Marr “Alban yazısı” əsərində yazmışdır ki, Albaniyada Dağıstandilli avarlar aparıcı tayfa
idi. Əgər albanların əsas hissəsi avarlar idisə və həmin avarlar indi də Azərbaycanın şimal qərbində və Cənubi Dağıstanda yaşayırsa, onda albanlar yoxa çıxmamışdır.Bəs, hardadır burdakı məntiq? V. V. Bartold yazmışdır: ―İranın coğrafi cəhətdən oğuzların gəldiyi ölkəyə yaxın şərq əyalətlərinin əhalisi, ümumiyyətlə, əvvəlki etnoqrafik tərkibi saxladığı halda Persiyanın şimal – qərb əyaləti – Azərbaycan və Anadolu tədriclə dilcə təmiz türkləşdi.
Başqa yerdə V.V.Bartold bu fikrə bir də qayıdır: Ancaq indi (müəllif XIII əsrdə monqolların Yaxın Şərqi işğal
etməsini nəzərdə tutur – Q.Q.) Azərbaycan ( müəllif Cənubi Azərbaycanı nəzərdə tutur – Q.Q.) və ondan şimalda Qafqaza qədər ( müəllif Şimali Azərbaycanı nəzərdə tutur – Q.Q.) tamamilə türkləşdi. Əsrimizin 30-cu illərində
bu fikri N.J.Marr ,sonra B.V.Miller təkrar etmiş, lakin bu prosesin necə getdiyini açıqlaya bilməmişlər.
İ.P.Petruşevski bunu belə ― həll‖ etmişdir: albanların bir hissəsi ərəbləşməyə məruz qalmış, sonra VII- VIII
əsrlərdə buraya köçürülmüş ərəb tayfaları ilə birlikdə oğuzlar tərəfindən XII – XIII əsrlərdə türkləşdirilmişdir.
Bu fikri Fəridə Məmmədova belə formalaşdırmışdır: ― Ərəb işğalı dövründə Kür və Araz çaylarının aşağı
axarlarında yaşayan albanların böyük hissəsi islamlaşaraq kompakt kütlələr şəklində burada məskunlaşmış
türkdilli xalqlarla assimilyasiyalaşdı. A.P.Novoseltsevə görə, alban dili erməni,fars, sonra türk dilləri tərəfindən sıxışdırılıb məhv edilmişdir. Xülasə, Azərbaycan tarixşünaslığında belə bir baxış formalaşdı: albanlar Qafqazdilli idilər, VII əsrdən sonra müsəlman oldular, səlcuq oğuzları XI – XII əsrlərdə Ön Asiyanın və Cənubi Qafqazı tutduqdan sonra dillərini itirərək türkləşdilər. Lakin Qiyassədin Qeybullayev bunun absurd olduğunu qeyd edir.

 

 

 

Ədəbiyyatlar

  • Тревер К. В.Очерки по истории и культуре Кавказской Албании IV в. до н. э.−VII в. н. э. (источники и литература). — М.−Л.: Издательство Академии наук СССР, 1959.
  • Новосельцев А. П., Пашуто В. Т., Черепнин Л. В. Пути развития феодализма. — «Наука», 1972.
  • Azərbaycan Tarixi, ənqədimdənbizimeranın III əsri Yeddi cilddə Icild. Bakı-2007
  • Bakı Dövlət Universiteti. Azərbaycan tarixi.Uzaq keçmişdən 1870-ci ilə qədər. Bakı-2009
  • Yusif Yusifov və Ziya Bünyadov. AZƏRBAYCAN TARIXI (ƏN QƏDIM ZAMANLARDAN XX ƏSRƏDƏK) (I HISSƏ). Bakı-2007
  • Qeybullayev Q. Azərbaycan türklərinin təşəkkülü tarixindən. Bakı-1994.

    YAZAR: Əli Novruzov
    Həmiçinin bax: Arxeologiyanın predmeti və inkişaf tarixi