Akademik Kamal Abdullanın yeddi cildliyinin birinci cildi işıq üzü görüb

Azərbaycan Dillər Universitetinin rektoru, Xalq yazıçısı, akademik Kamal Abdullayevin yeddi cildliyinin birinci cildi işıq üzü görüb.

 

7 cilddən ibarət “Seçilmiş əsərləri”n 1-ci cildinə akademik Kamal Abdullayevin üç romanı və haqqında məlumat, 2-ci cildinə bir romanı, bir povesti və hekayələri, 3-cü cildinə şeirləri, esseləri, pyesləri, 4-cü cildinə “Kitabi-Dədə Qorqud” tədqiqatları, 5-ci cildinə dilçilik və poetikaya aid əsərləri, 6-cı cildinə intervyu və məqalələri, 7-ci cildinə onun haqqında ölkədə və xaricdə yazılan məqalə və kitablar, eləcə də yazıçının onlara münasibətini əks edən parçalar daxil edilib.

 

Qeyd edək ki, Xalq yazıçısı K.Abdullayevin romanları Azərbaycan və dünya tənqidində postmodern ədəbiyyatın, intellektual nəsrin bariz nümunələri kimi qeyd olunur.

 

Mənbə: www.science.gov.az

Xəbərçi: Aytən Abbasova