Ağciyər, Ağciyər Xəstəlikləri

Ağciyər, ağciyər xəstəlikləri

Krupoz, ocaqlı, intersisial və s. formaları var. Krupoz pnevmoniya kəskin ağciyər xəstəliyidir, bakterial pnevmoniyaların ən təhlükəlisidir. Krupoz pnevmoniyada ağciyərin bir, bəzən də bir neçə payında patoloji dəyişiklik olur; xəstəliyi, əsasən, pnevmokoklar törədir.

Xəstəlik başağrısı, yüksək hərarət (39—40°S), quru və bəlğəmli öskürəklə başlayır, döş qəfəsi sançır (öskürdükdə və dərin nəfəs aldıqda artır). Xəstəliyin ikinci günündən başlayaraq selikli bəlğəm ifraz olunur. Sonralar qan qarışdığından bəlğəm pas rənki alır.

İlk günlər xəstənin yanaqları qızarır, dodağı, burnunun ucu, bəzən boyun və qulağı uçuqlayır; nəbzi dqiqədə 100—120 vurur, arterial təzyiqi aşağı düşür. Yuxusu çəkilir, dilinin üstü quru ərplə örtülür, sayıqlama, iştahasızlıq, ürəkbulanma və qusma müşahidə olunur. Qanda leykositlərin sayı artır, eritrositlərin çökmə reaksiyası sürətləiir; sidiyin miqdarı azalır, xüsusi çəkisi isə artır.

Krupoz pnevmoniyada bəzi ağırlaşmalar (məsələn, plevranın quru və ya eksudatlı iltihabı, ağciyərin irinləməsi, kollaps, ürək çatışmazlığı və s.) müşahidə oluna bilər.

Ocaqlı pnevmoniyada iltihab prosesi ağciyərin müəyyən nahiyəsində gedir. Bu xəstəliyi stafilokoklar, streptokoklar, fridlender çöpləri və s. törədir. Qızılca, göyöskürək, qarın yatalağı və s. infeksion xəstəliklər, eləcə də bəzi viruslar ocaqlı pnevmoniyaya səbəb ola bilər. Soyuqdəymə, yorğunluq və s. də xəstəliyə şərait yaradır.

Ocaqlı pnevmoniya başladıqda temperatur yüksəlir (37—39°S), xəstə süstləşir, öskürür, bəlğəm ifraz edir, iştahası pozulur, bəzən üzü və dodaqları uçuqlayır.

Viruslu ocaqlı pnevmoniyalardan qripoz pnevmoniya, ornitoz və psittakoz pnevmoniyalara təsadüf edilir. Psittakoz insana tutuquşudan, ornitoz isə göyərçin, ördək və s. quşlardan keçir. Viruslar quş zılı ilə xarici mühitə düşür və quruyub toz halına keçdikdə havadan insanın tənəffüs yollarına daxil olub, ağciyər iltihabını törədir.

Ocaqlı pnevmoniyalar infeksiyasız da baş verə bilər.

Sizin ağciyərləriniz membranla əhatə olunmuşdur ki, bu da plevra adlanır. Hər ağciyər paylara bölünüb: sağ 3 paya, sol isə 2 paya. Nəfəs alarkən hava traxeya vasitəsi ilə ağciyərlərə dolur. Ağciyərləriniz daxilində bronx adlanan havaaparıcı yollar var. Bronxlar özləri də alveollarla bitən bronxiollara bölünür.

Sizin orqanizminiz ağciyərlərinizi qorumaq funksiyası ilə təchiz olunub. Adətən insanlar tez-tez müxtəlif infeksiyalara yoluxurlar, lakin orqanizmimizin müdafiə funksiyası xəstəliyin əmələ gəlməsinin qarşısını alır. Məsələn burun seliyi özü bir çox mikroorqanizmləri ağciyərlərə keçməkdən saxlayır.

Hətta mikroorqanizm daxilə keçəndən sonra belə ağ qan hüceyrələri, yəni leykositlər bu mikroorqanizmi məhv edirlər. Lakin yığılıb qalmış patogen mikroorqanizmlər, ağ qan hüceyrələri alveollarda iltihab törədir. Bu da tənəffüsdə olan çətinliyə gətirib çıxarır.

Pnevmoniyaların təsnifatı:
Çox vaxt törədiciyə görə təsnif olunur:

Cəmiyyət pnevmoniyası – Bura gündəlik həyatda- məktəbdə, iş yerində yoluxa biləcəyiniz pnevmoniyalar aiddir.

Xəstəxana (nosocomial) pnevmoniyaları – Xəstəxana pnevmoniyaları süni tənəffüsdə olan, intensiv terapiyada müalicə alan xəstələr üçün təhlükəli ola bilər. Bu tip pnevmoniyalar xüsusən də yaşlılar, AİDS xəstələri, uşaqlar, xronik xəstələr üçün çox ciddi ola bilər.

Belə xəstələr üçün səbəblərdən biri də qastroezofageal reflux ola bilər. Bu mədənizin möhtəviyyatının nefes borusuna düşdüyü zaman baş verir. Və bu da pnevmoniyaya səbəb ola bilər.

Aspirasiom pnevmoniya – Bu o zaman baş verir ki, yad cisimlər sizin ağciyərlərinizə nəfəs vasitəsilə düşür. Məsələn sizin mədənizdə olan qida qalıqları, adətən qusmadan sonra baş verir. Bu adətən beyin zədələnmələri və s. refleksləri zədələyəndə əmələ gəlir.

Digər səbəb cox alkohol içmək ola bilər. Huşsuz adam görsəniz, nəfəs borusuna yemək qalıqlarının aspirasiyası ola biləcəyini ehtimal edin. Opportunistik organizmlər tərəfindən törənən pnevmoniyalar. Bu tip pnevmoniyalar immun sistemi zədəli olan xəstələr üçün təhlükəlidir.

Belə ki,bu tip pnevmoniyalarda sağlam insanlar üçün təhlükəli olmayan mikroorqanizmlər, AİDS-li xəstələrdə, transplantasiya olunan xəstələrdə çox təhlükəli ola bilər.

 

 

 

 

 

 

 

Yazar: Kərimova Gülnur

 

 

Həmçinin bax: https://turaz.org/mn-azerbaycan-ordusunun-kelbecrr-istiqametindeki-movqeleri-atese-tutulub/

 

Həmçinin bax: https://kafkazh.com/hipertrikoz-nedir/