Ağ Hun dövləti

Ağ Hun- Eftalitlər dövləti

Hunlar haqqında çox araşdırmalar və münaqişələr etmiş bəzi müəlliflər onları monqol  və ya monqol-türk qarışığı  hesab etmişlər,  lakin son zamanlardakı  araşdırmalaronlarin türk olduğunu isbat etmişdir. C.Markvart, P.Pelliot, O.Frank, G.Nemet, Rene Qrusse, V.Eberhard, C.Klauzen və başqaları hunların dil, ürf və adətlərini nəzərə alaraq, onları türk saymişlar. Bu elin hakim təbəqəsi özlərinə cun ya xun demişlər.

Hunlar üç qismə ayrılır:Asiya hunları,Avropa hunlar və Ağ hunlar və ya eftalilər.

Orta şərq hunları və ya eftalilər hunlar və avarların bir araya gəlmələrindən  vücuda gəlmişdir. Bunlar 350-ci ildə Juan-Juanlardan ayrılaraq əvvəl Qazaxıstanın güneyinə gəlib, sonra isə Əfqanıstan və İranın şərqinə hücum etdilər. Ağ hunlar 350-ci ildə Qərb hunlarının Avropaya köç etmələrinə səbəb oldular.

Ağ hun dövlətinin  ərazisi  Mərkəzi Asiya,  Əfqanıstan  və  Şimal-Qərbi  Hindistanın bir hissəsin  əhatə  edirdi. Digər türk tayfalarından  fərqli  olaraq  oturaq  həyata  daha  tez  keçmişdilər. Əkinçilik, maldarlıq və sənətkarlıqla məşğul olurdular. Paytaxtı  Sakala şəhəri  idi. Dövlət V  əsrdə Eftal xanın adı  ilə  Eftalilər adlandı. Ağ  hun  dövləti  Böyük  ipək  yolunun  bir hissəsinə  nəzarəti  ələ  almışdı. Qərb qonşusu və əsas rəqibi olan Sasanilər  imperiyası və şərq  qonşusu Göytürk dövləti  ilə müharibə  aparmışdı.

Eftalilər soğdların yerlərin tutandan sonra  İranı basqın altına aldılar, lakin ikinci Şapur onlarla barış müqaviləsi   bağlamağa  müvəffəq oldu və bu barış üç nəsl davam etdi. Bəhram Gur zamanında eftalilər Ceyhun nəhrini   keçərək    İrana   hücum etdilər (427) ,lakin  Bəhram  Gur  onların  qabağını  almağa müvvəffəq oldu.

İkinci Yezdəgirdin  son zamanlarında eftalilər  iç şəhərlərinə   qarışmağa başladılar  və  Günxan   İran vəlihədi  Firuza   himayə edib,  onu padşah   etməyə müvəffəq  oldu.(459)

Ağsuvar Xarəzmdə hakimiyyətdə ikən başqa bir Hun hökmdarı olan Xinqila da ordusu ilə Qırmızı hunların üzərinə yürüşə keçmişdi. Eyni anda birdən çox hökmdarı olan Ağ Hunların əslində bir dövlət yox, tayfalar konfederasiyası olduğu anlaşılır. Xinqila 30 yaşında, 460-cı ildə son Kidar hökmdarı Kandiki məğlub edərək qovdu.

484-də eftali və ya eftalanus xanları   həmin Sasani   padşahı    Firuzu   məğlub edib  öldürdülər. Eftali  adı Ağ  hunlara  bu xaqanın  adı münasibətiilə  verilmiş  və  dövlətlərin süqutuna  qədər   davam   etmişdir. Bu   savaşda  Sasanilər  eftalilərə yenilib,  xərac  verməyə  məcbur   oldular. Bu  əsnada  İranda  Məzdək  zühur  edib  qarışıqlıq
və iğtişaşlara   səbəb  olmuşdur. İran  padşahı   Qubad   Məzdək  dininin  qəbul  etdiyi  üşün  padşahlıqdan  məzul  edilib eftalilərə sığındı.(496)

Toraman   V əsrdə Ağ Hunlara hökmdarlıq etmişdir. Toraman, çox uzun bir müddət rəhbərliyi əlində tutdu. Toramanın idarəyə keçdiyi dövrdə Ağ hunlar Hindistana doğru irəliləmiş, bölgədəki Guptaları nəşr təzyiq altına almışdı. Bölgədəki bir başqa güc Pəncaplar isə yıxılmaq üzrə idilər. İranda isə Məzdək üsyanı baş göstərməyə başlamışdı. Bir növ sosial bərabərlik idarə sistemini müdafiə edən Məzdək, xalqı bu istiqamətdə təşkilatlandıraraq dövlətə qarşı mübarizəyə cəlb etmişdi. Toraman, ailəvi dəyərləri və mal əldə etmə azadlığını ortadan qaldırma səyi içində olan Məzdəkə qarşı vəziyyət alaraq İranın daxili işlərə müdaxilə etdi. Əvvəl Məzdək üsyanını basdırdı, daha sonra isə bir müddət Məzdəkə inanıb sonra həbs edilen və daha sonra qaçıb Toramana sığınan Sasani hökmdarı Qubadı təkrar taxta çıxartdı.

Toraman, rəhbərliyə keçdiyi ilk dövrdə Bəlx şəhərini suverenliyi altına aldı və Sasanilərlə hüsumət dövrü təkrar başladı. Eyni dövrdə bölgədəki güclərdən biri olan Kuşan dövləti yıxılmışdı. Toraman, bölgəyə dağılan Kuşan şahzadəliklərini asanlıqla suverenliyi altına aldı. Kuşan şahzadəliklərinin suverenlik altına alınmasından sonra
geriyə Hindistan qalırdı. Hindistana ilk hücumu yenə 480 ilində oldu. Bu hücum sonrasında Hindistanın şimalını suverenlikləri altına alaraq bölgədəki hakimiyyətini əhəmiyyətli ölçüdə irəlilətdi. Eyni dövrdə, Hindistanda dövlət quran Guptalara qarşıda axınlar təşkil edilsə də tam mənasıyla müvəffəqiyyət əldə edilə bilmədi. Bu müddət sonrasında Qaraşar, Qəndahar və Hindistanın şimalı tamamilə Ağ hunların hakimiyyətinə girdi.

Toraman dövründə Ağ hunların hakimiyyət sahəsini əhəmiyyətli ölçüdə böyüyərək bölgədə hakim güc halına gəldi. Ağ hunlar tarixlərinin ən parlaq dövrünü Toraman dövründə yaşadılar. Toraman 515 ilində öldüyündə yerini oğlu Mihraqul xana buraxdı. O 533-cü ildə Hindistandan qovularaq xəstələnib ölmüşdü. Mihraqul, rəhbərliyə keçdiyi dövrdə Budizm bölgədə mənimsənməyə başlanmış və insanların etibar etdiyi bir inanış halına gəlməyə başlamışdı. Mihraqul xan, cəmiyyətinin Göy Tanrı inancını mühafizə etmək üçün Budizmə qarşı çox sərt tədbirlər  görərək cəmiyyətini korlanmaqdan və Budizm inancına batmaqdan qurtarmışdır.

Mihraqulun dövründə axınlar daha çox Hindistan üzərinə sıxlaşdı. Hindistan üzərinə davamlı axınlar təşkil edərək hakimiyyət sahəsini genişlətmək düşüncəsində idi. Onun axınları 530 ilinə qədər aralıqsız və irəliləyərək davam etdi. Ancaq 530 ilində Citraküta şəhərini ələ keçərdikdən sonra Mihraqul axınlarını dayandırdı. Bu dövrdən sonra axınlar yerini mövcud torpaqların qorunması və himayəsi strategiyasına buraxdı. Bu durğunluq yerini geriləməyə buraxdı. 530-550 illəri arasında Ağ hunlar məruz qaldığı hücumlarla baş etməyə çalışdısa da çox müvəffəqiyyətli ola bilmədilər.

Eftalitlərin bir qolu olan Hind-Eftalitlər 600-cü illərəcən yaşamışdı. Eftalitlərin başqa bir qolu olan Zunbillər İslamacan yaşadılar. Çinlilər yazır ki, onların Bərhatəkin adlı hökmdarı vardı. Son Ağ Hunlar 840-cı ildə ərəblər tərəfindən soyqırıma uğramışdı. Eftalilər Şərqi  Türküstan  və Hindin şimalını da  almışdılar. Lakin Ənuşirəvan   Qərbi Göytürk  xaqanı  İstəmi xanla birlikdə eftaliləri  məğlub  edib,  ərazisini  aralarında  bölüşdürdülər. (557) Eftalilərin  mərkəzi  Kabil  idi. Onlar VII əsrin  ortasına qədər Hindistanda mövcudiyyətlərini qorumağı bacardılar.

Ədəbiyyat siyahısı:

1.Oqtay Əfəndiyev Türklərin Tarix və mədəniyyətinə bir baxış; Bakı-2009

2.Anar İsayev,Rəhim Məcnunov,Muxtar Abbasov Ümumi tarix; Bakı 2020-2021

3.Enoki, K. “The Liang shih-kung-t’u on the origin and migration of the Hua or Ephthalites,”Journal of the Oriental Society of Australia.

YAZAR: Samirə İbrahimli
HƏMÇİNİN BAX: Çağatay xanlığı
HƏMÇİNİN BAX: tehsilim.org/ilin-genci-ve-elaci-telebesi-ile-musahibe/