AFFA De Byazi ilə müqavilə imzaladı

 

Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə təyinatla bağlı AFFA ilə Canni De Byazi arasında aparılan danışıqlar uğurla nəticələnib və bu gün müqavilə imzalanıb.

 

 

 

Sportal.az xəbər verir ki, müqavilənin müddəti UEFA Millətlər Liqasının cari mövsümünü və DÇ-2022-nin seçmə mərhələsini əhatə edir.

 

 

Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazinin avqustun 10-da Bakıya gəlməsi planlaşdırılır.

Müxbir: Kafkazh.com xüsusi müxbiri  Ramid Əskərov