ADNSU-da “MAGnUS Yay Məktəbi” başa çatıb
ADNSU-da “MAGnUS Yay Məktəbi” başa çatıb
İyulun 24-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Avropa Birliyi tərəfindən maliyyələşdirilən “Erasmus+ KA2” “MAGNUS – Partnyor universitetlərdə mobil tətbiqlər və kompüter oyunları üzrə magistr tədris proqramlarının yaradılması” layihəsi çərçivəsində online “MAGnUS Yay Məktəbi” –nin bağlanış mərasimi keçirilib.
AzEdu.az xəbər verir ki, yay məktəbini bağlı elan edən ADNSU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Rafiq Camalov iştirakçılara öz təşəkkürünü bildirib və gələcəkdə layihənin faydalı olmasını arzu edib.
“MAGnUS Online Yay Məktəbi”-nin sonunda iştirakçılara sertifikatlar təqdim edilib. Ümumilikdə 6 partnyor universitetlərdən 44 bakalavr və magistr tələbə faydalanıb.
Mənbə: azedu.az
Xəbərçi: Aytən Abbasova