Adel sindromu,sevgi xəstəliyi.

Adel sindromu öz adını məşhur farnsız yazıçı Viktor Hüqonun qızı Adelin adından götürüb.O qeyri-adi sevgisi ilə tarixə düşmüş qadınlardan biridir.Adel ailədə beşinci uşaq olub.O,çox gözəl qadın və istedadlı pianoçu idi.Lakin onun psixi sağlamlığı get-gedə zəifləyirdi.O, özünü sevgidən uzaq hesab edirdi.

1861-ci ildə İngiltərədə səyahət zamanı Adel ,Pinson adlı bir zabitlə tanış olur və ona dəlicəsinə vurulur.Adel Pinsonla tanış olduqdan sonra başa düşür ki,zabit onun həyatının sevgisidir.Qərar verir ki,ona ərə getməlidir.Sonralar isə Pinson qadının dəlicəsinə ona olan sevgisindən bezərək ondan qaçmağa başlayır.Lakin Adel ondan əl çəkmir.Hətta Pinsonun olduğu şəhərə gedərək,yataqxana tuturki onun yaxınlığında olsun.Ətrafındakı hər kəsə Pinsonla evli olduğunu deyir, və özüdə buna inanır.Lakin Pinson tezliklə başqası ilə evlənir.Atası Adeli San-Mandendəki ruhi xəstəxanaya yerləşdirir.O,ömrünün sonunadək xəstəxanadan çıxmır və heç vaxt özünə gəlmir. 85 yaşında isə vəfat edir.

Adel sindromu tibbdə geniş tanınmır.Lakin tez-tez platonik,dəlicəsinə sevgi hadisələrindən danışılarkən istifadə edilən termindir.

 

YAZAR: Əliyeva Gültac (QMB-Biologiya klubu)

 

Həmçinin bax: https://kafkazh.com/ses/

Həmçinin bax: https://tehsilim.org/i-qrup-statistikasi/#comment-4

Həmçinin bax: https://turaz.org/cin-bayden-qazandiqdan-sonra-abs-i-yeni-danisiqlara-cagirir/