ABŞ və Hindistan birgə havadan atılan PUA hazırlayacaq

ABŞ və Hindistan birgə havadan atılan PUA hazırlayacaq
ABŞ və Hindistan birgə havadan atılan (air-launched) PUA istehsal etmək üçün razılığa gəlib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Pentaqon rəsmisi Ellen Lord məlumat verib.

Bildirilir ki, PUA-lar ABŞ Hərbi Hava Qüvvələri Tədqiqat Laboratoriyası, Hindistan Hərbi Hava Qüvvələri, Hindistan Müdafiə Araşdırmaları və İnkişafı Təşkilatı tərəfindən hazırlanacaq.

Qeyd edək ki, hazırlancaq PUA-lar döyüş və ya əməliyyat bölgəsinə təyyarə və ya digər hava vasitələrindən atılacaq.
Mənbə:Ordu.az
Müxbir:Aytac Cəfərova