ABŞ TikTok və WeChat-ı rəsmi olaraq qadağan etdi
ABŞ TikTok və WeChat-ı rəsmi olaraq qadağan etdi
ABŞ Prezidenti Donald Trump Amerika şirkətlərinə TikTok və WeChat ilə əməkdaşlığı rəsmi olaraq qadağan edib.
Sonxeber.az TED.az-a istinadən xəbər verir ki , D.Trump bu barədə iki rəsmi qərar imzalayıb. Sözügedən qərarlarda bu sosial şəbəkələrdən istifadənin ABŞ-ın xarici siyasəti, iqtisadiyyatı və beynəlxalq təhlükəsizliyi üçün təhlükəli olduğu qeyd edilib. Yeni qaydaların 45 gün sonra qüvvəyə minəcəyi bildirilib.
Qeyd edək ki, təhlükəsizlik məqsədilə Tiktok-un Çinin nəzarətində olmasını istəmədiyini deyən D.Trump Microsoft və ya digər nəhəng Amerika şirkətlərinin onu satın almasını təklif edib.
Mənbə:Sonxeber.az
Müxbir:Arzu Əliyeva