ABŞ tərəflərə Dağlıq Qarabağ münaqişəsinin davamlı sülh yolu ilə həllinə kömək etməkdə qərarlıdır”

Metbuat.az xəbər verir ki, bunu ABŞ-ın Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatındakı (ATƏT) daimi nümayəndəsi Ceyms Qilmor deyib.

C.Qilmor bildirib: “Bu məqsədə çatmaq üçün göstərilən səylərdə fəal iştirak etməyə bundan sonra da davam edəcəyik. Ermənistan-Azərbaycan problemi ilə bağlı çağırışlar diqqət mərkəzindədir”.

 

ABŞ-ın daimi nümayəndəsi qeyd edib ki, ATƏT-in Minsk Qrupu həmsədrləri prosesdə fəal iştirak edir:

 

“Dünən həmsədrlər mətbuata açıqlama verərək, o vaxtda hərbi əməliyyatların azalmasını alqışladılar və hər iki tərəfi deeskalasiyanın davam etdirməsi üçün səy göstərməyə çağırdılar. Həmsədrlər, həmçinin tərəfləri təhrikedici ritorikadan və vəziyyəti deyişmək cəhdlərindən çəkinməyə çağırıblar

 

Mənbə: Mətbuat.az

Xəbərçi: Nuray Ələkbərova