ABŞ-ın I Dünya Müharibəsinə qoşulması

XX əsrin əvvəllərində Avropada gedən siyasi proseslər ABŞın siyasi maraqlarından yan keçməmiş, siyasi dövlət kimi Avropadakı siyasi rəqabət ABŞ ı da maraqlandırırdı. ABŞ ın ağalığı, onun siyasi güc mərkəzində dayanması onun müxtəlif siyasi proseslərdə xarici siyasətinə və beynəlxalq münasibətinə bilavasitə təsir etmişdi. Əgər ABŞ Birinci Dünya müharibəsinə qədər borc alan dövlət idisə, müharibədən sonra borc verən dövlətə çevrilmişdir. ABŞ ın dünya müharibələrində ( Birinci və İkinci ) az itki verməsi, xarici siyasətdə uğurların artması və eyni zamanda kredit bank ölkəsinə çevrilməsi məhz ABŞ ın apardığı siyasətin nəticəsidir. ABŞ – ın XX əsrin əvvəllərində sənaye istehsalının həcminə görə dünyada birinci yerə çıxması, taxıl və pambıq istehsalına görə mühüm yeri tutması, sənayenin avtomobil, elektrotexnika, neft və kimya sahəsi üzrə inkişaf edib inhisar birliyi olan Standart Oyl, Polad Tresti” – nin yaradılması, kənd təsərrüfatında kapitalizmin fermer yolu ilə inkişaf etməsi ABŞ ın böyük nailiyyətləri hesab etmək olar.

Plan 2.  ABŞın Birinci Dünya müharibəsinə iqtisadi, siyasi marağı . Belə sual yarana bilər niyə məhz ABŞ niyə görə Avropada yaranan iki böyük blokadanın – Antanta və Üçlər İttifaqında üzv dövlət kimi çıxış etmirdi? Niyə məhz ABŞ üçün Birinci Dünya müharibəsi 1917ci ildən 1918ci ilədək faktiki olaraq başlamaqdadır?  Bunlardan ən çox sadalanan və daha problematik cəhətdən daha çox müzakirə edilən səbəblərdən ABŞ ın fərqli qitədə yəni Amerika qitəsində yerləşməsidi. Nəzərə alsaq ki,Amerika qitəsində Antanta və Üçlər İttifaqı blokadaları arasında hər hansısa döyüş və hərbi zona yoxdur, amerikan əhalisi üçün hər hansısa müharibə təhlükəsi yoxdu və ən əsası Amerika öz ordusuna güvənirdi. Coğrafi və hərbi baxımdan “özgüvənlidayanan ABŞ ın Birinci Dünya müharibəsinə əvvəlcə qatılmamasını siyasi ekspertlər belə izah edirlər ki, ABŞ hökumətinin tərkibində formalaşan Respublikaçılar və Demokratların ABŞ ın Birinci Dünya müharibəsinə münasibətinə müxtəlif fikirlər yürüdüblər .

Respublikaçıların mülahizələrinə görə ABŞ Birinci Dünya müharibəsinə qoşulmalı, hərbi potensialının nəyə qadir olduğunu göstərməli, dünyanın hakiminə çevrilməli;
Demokratların irəli sürdükləri fikirlərə əsasən, ABŞ müharibə zonasından kənarda qalsa da, iqtisadi zonadan kənarda qalmamalı, müharibə iştirakçısı olan ölkələrə xüsusən Antantaya maddi yardım və kredit verməlidi. Beləliklə,qazanan ABŞ olacaq və iqtisadi baxımdan dünya hakiminə çevrilə bilər.

 Digər səbəblərdən biri ABŞ ın müharibəyə qoşularaq arzuolunmaz nəticə ilə müharibədən məğlub ölkə kimi çıxması ehtimalı idi.

Plan 3. Müharibənin kulminasiya dövründə ABŞ ın Avropa qitəsində baş verən müharibəyə münasibətinə baxış. Müharibə başlayandan ilk vaxtlar müharibədə gözlənilən zəfər Üçlər İttifaqının( daha sonradan “Dördlər ittifaqı” olaraq adlandı) əlində olsa da 1916 cı ildən diqqətini Fransaya yönəldən Almaniya Verden döyüşündə cüzi ərazilər ələ keçirib, 1916 cı ilin yayında Somma döyüşündə almanlara qarşı ilk dəfə olaraq ingilis və fransızların birləşmiş qoşun qüvvələri tanklardan istifadə etsələr də lakin ciddi uğur əldə edə bilmədilər. 1916 ildə Rumıniya Antanta tərəfdən blokadaya  üzv olundu. Antanta dövləti olan Rusiyada 1917 ci ildə baş vermiş Fevral inqilabı, oktyabr ayında bolşeviklərin çevriliş edərək hakimiyyətə gəlməsi müharibənin gedişatından yan keçmədi. Bu halda ABŞ ın marağı Antanta blokadasına doğru yönəldi. XX əsrin əvvəllərində sənayə istehsalının reytinqinə nəzər saldıqda birinci yerdə ABŞ, ikinci yerdə Almaniya qərarlaşırdı. Həmin dövr üçün müharibənin nə zaman yekunlaşacağı barədə heç kim xəbərdar deyildi. Rusiyada fevral inqilabı, eyni zamanda Antanta blokadasının digər hegemon üzvü Böyük Britaniyada 1916 cı ildən başlamış irlandiyalıların üsyanı, Fransanın gücünü toparlayıb müharibədə vuruşması Antanta blokadasını zəiflədib üstünlüyü Almaniyaya verə bilərdi. Və gələcəkdə sənayerəqabətində  Almaniya ABŞ ı üstələyə bilərdi. 1917 ci ilin aprelində ABŞ Almaniyaya müharibə elan edərək Birinci Dünya müharibəsinə daxil oldu.

Plan 4. ABŞ – ın Birinci Dünya müharibəsinə qoşulması . ABŞ ın bəri başdan müharibəyə qoşulması üçün bəhanələrdən biri 1915-ci ildə Almaniyanın sualtı qayığı Britaniyanın “Luzitaniya” sərnişin gəmisini batıraraq 100-dən çox ABŞ vətəndaşının həlak olması idi. Hadisənin baş verdiyi tarixə nəzər saldıqda hərbi zəfərlər “Üçlər İttifaqının əlində idi və ABŞ istəmədiyi nəticə ilə üzləşə bilərdi. Vilson dərhal Almaniyaya bəyanat verərək, neytral ölkələrin gəmilərinə sualtı qayıqların hücumunun beynəlxalq hüquq normalarına zidd addım olaraq qəbul edildiyini və dayandırılmalı olduğu haqqında xəbərdarlıq bildirdi. Almaniya 1917-ci ilin əvvəllərinə qədər məhdudiyyətsiz sualtı müharibəsini sona çatdırmağı qərara alsa da, 1917-ci ilin fevral və mart aylarında bir neçə ABŞ gəmisi batırıldı, nəticədə aprel ayında Konqress Almaniyaya qarşı müharibə elan etdi, ABŞ müttəfiqlərinə iqtisadi və hərbi dəniz yardımının miqyasını təcili surətdə genişləndirmək məcburiyyətində qaldı. Alman hərbi bazası amerikan ordusu gəlməzdən öncə hərbi təyyarə, hərbi arterial bazalarla, tanklarla əməliyyatlarla başladı. 1917 ci ildə Alman – Avstriya – Macar ordusu italiyan qoşunlarını Kaporetta döyüşündə məğlubiyyətə uğratdı. 1918 – ci ildə almanlar Parisə doğru irəlilədi, lakin Marna yaxınlığında ABŞ hərbi bazası almanların qarşısını ala bildi. Marşal Foşun komandanlığı altında birləşən ABŞ, Fransa, İngiltərə qoşunları 1918 – cı ilin ikinci yarısından etibarən Bolqarıstanı, Avstriya Macarıstanı, sonda Almaniyanı təslim etdilər. 1918 ci ilin oktyabrın 30 da Osmanlı dövləti ilə Mudros sülh müqaviləsi imzalandı və təslim oldu. 1918 ci ilin noyabrında Almaniyada baş vermiş inqilab, daha sonra noyabr ayının 11 də Kompyendə, fransalı marşal Foş Almaniya və onun müttəfiqləri ilə Almaniyanın təslim olması haqqında müqavilə imzaladı. Və nəticədə Birinci Dünya müharibəsi başa çatmış oldu.

Plan 5. Nəticə . ABŞ müharibə nəticəsində Avropa dövlətlərinə iqtisadi və hərbi ləvazimatlar satmaqla büdcəsini xeyli artırmış oldu, 1918 – ci il əməliyyatlarında iştirak etmiş, 1914-1919 – cu illərdə ABŞ ın gəliri 35 mlrd. dollar oldu. Kapital ixracı gücləndi, sənaye istehsalının mənfəəti 2 dəfə artdı, ABŞ  ın iqtisadi, siyasi, hərbi qüdrəti keçərli oldu, Avropa ölkələrinin əksəriyyəti iqtisadi cəhətdən ABŞ-dan asılı vəziyyətə düşdü.

        İstifadə olunmuş ədəbiyyat siyahısı:

1. Prof.Dr.Fahir Armanoğlu “ 20’inci yüzyıl siyasi tarihi 1914-1995 ”
2. Mustafayeva Səmayə “ Avropa və Amerika ölkələrinin ən yeni tarixi „  I hissə , Bakı – 2010

İstifadə olunmuş internet resursu;

Məqalənin müəllifi – Fatimə Sadıqova