ABŞ-ın Çendudakı konsulluğu rəsmən bağlandı
Çin rəsmi olaraq ABŞ-ın Çendu şəhərindəki Baş Konsulluğunu bağlayıb.
Axar.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyindən bildirilib.
Bundan sonra yerli hakimiyyət nümayəndələri əsas qapıdan səfirliyin binasına girərək, həmin ərazini öz səlahiyyətləri altına alıblar.
Qeyd edək ki, iyulun 21-də Vaşinqtonun tələbi əsasında Çinin ABŞ-ın Hyuston şəhərindəki Baş Konsulluğu fəaliyyətini dayandırılmışdı. Çin tərəfi də buna cavab olaraq ABŞ-a Çendudakı konsulluğu boşaltması üçün 48 saat vaxt vermişdi.
Müxbir: kafkazh.com xüsusi müxbiri Ələkbərova Nuray
Menbe:Axar.az