“ABŞ Əfqanıstandakı kontingentini azaldacaq”

ABŞ prezidenti Donald Tramp bildirib ki, Birləşmiş Ştatlar tezliklə Əfqanıstandakı Amerika hərbi qulluqçularının sayını dörd minə qədər azaldacaq.

Bu barədə “Report” RİA “Novosti”yə istinadən xəbər verir.

“Biz çox qısa vaxt müddətdə (kontingentin sayını – red.) səkkiz minə, sonra dörd minə qədər azaldacağıq. Biz indi danışıqlar aparırıq”, – Tramp “Axios” portalına müsahibəsində deyib.

Müxbir: Kafkazh.com

Xüsusi müxbir: Aytac Cəfərova

Mənbə:Report.az