8 qol vurdu, 1-ci oldu

İngiltərə Premyer Liqasında iyul ayının ən yaxşı futbolçusu müəyyənləşib.

Qol.az liqanın saytına istinadən xəbər verir ki, “Vest Hem”in hücumçusu Maykl Antonio ötən ayın ən yaxşı oyunçusu seçilib. O, Nike Poupa (“Bernli”), Olivye Jiru, Kristian Pulişiç (hər ikisi “Çelsi”), Harri Keyn (“Tottenhem”), Antoni Marsyal (“Mançester Yunayted”) və Rahim Sterlinqi (“Mançester Siti”) qabaqlayıb.

Qeyd edək ki, 30 yaşlı oyunçu iyulda 8 matçda 8 qol vurub, 1 qolun ötürməsini verib.

Müxbir: Kafkazh.com xüsusi müxbiri Ələkbərova Nuray
Mənbə:Qol.az