60 milyonluq təklifdən imtina etdi- “Barselona”
60 milyonluq təklifdən imtina etdi – “Barselona”
İspaniyanın “Barselona” klubu futbolçusu Framsişku Trinkanı satmaqdan imtina edib.
Apasport.az saytının məlumatına görə, La Liqa təmsilçisi portuqaliyalı yarımmüdafiəçini 60 milyon avroya satmağa razılaşmayıb.
Bunu futbolçunun meneceri Jorje Mendeş açıqlayıb. O bildirib ki, İngiltərə Premyer Liqa klublarından biri Trinkan üçün 60 milyon avro təklif etsə də, “Barselona” futbolçunu bu qiymətə satmağa razılaşmayıb.
Qeyd edək ki, “Braqa”dan 31 milyon avroya transfer olunan yarımmüdafiəçi yanvarda bağladığı 5 illik müqaviləyə əsasən bu ilin yayından “Barselona”nın futbolçusu olub. O, Kataloniya təmsilçisinə mövsümlərarası fasilədə qoşulmalıdır.
Mənbə: apasport.az
Jalə Hüseynova