6-cı barmaq

Gözəl bir yaz günü idi. Gülün gülü, bülbülün bülbülü çağırdığı vaxt. Hər tərəf yamyaşıl otlarla, rəngbərəng güllərlə bəzənmişdi. Qızmar günəş insanın ruhunun ısidir, sanki öz şüaları ilə insanın canına can qatırdı. Və gözəl bağça…. O bağçakı uşaqların civiltileri ilə , gülüş səsləri ilə ecazkar bir libas geyinmişdi. Yalnız bir uşaq gülmürdü- Pənah… O qapıda sakit-sakit,hemseki kimi dayanıb həyətdə qaçırşan, əylənən 5 bacısını seyr edirdi.  Onlara qoşulmur, susqunluğunu isə hərdən ağlarkən boğulduğu hıçqırıq səsi pozurdu. O heç tərpənmir sadəcə arada bir səs eşidəndə gözyaşlarını silmək üçün qolunu qaldırırdı. Get- gedə bu ağlamalar da, hıçqırıqlarda azaldı ,bir müddət sonra isə yoxa çıxdı…..

Pənah 5 bacının tək qardaşı idi. Onu uşaqlar evindən götürmüşdülər. Evin ən kiçiyi idi cəmi 5yasi vardı. Öz ailəsi onu bir səhər uşaqlar evinin qarşısına qoymuşdular. Yaxşıki tez tapmışdılar. Həmin vaxtlarda Əhməd kişigilin maddi vəziyyəti yaxşı idi. 5qizdan sonra Əhməd bir oğlan övladı isdəyirdi. Bir səhər Əhməd yoldaşı Səliməyə dediki -“isdeyirem bir oğlum olsun . Mən qocalandan mənə kömək etsin malıma -mülkümə etsin. Amma risk almaq istəmirəm. Birdən yeniden qız olar onda necə olar ? ən yaxşısi uşaqlar evindən götürək”. Risk? Qız atası olmaq 6-ci qız atası olmaq nə zamandan risk olmuşdu? Çox qəribədir… Səlimə əvvəl kədərləndi lakin daha sonra buna çox sevindi. Bir uşağa ev, ocaq olmaq fikri onu həyacanlandırırdı . Və nəhayət o gün… Onlar uşaqlar evinə gəldilər. Uşaqların adları yazılan bir vərəq verdilər onlara. Səlimə Pənah adını görən kimi ağzından bilmədən  “oğlum”kəlməsi  töküldü. Beləcə Pənahı oğulluğa götürdülər. Pənahın 3yasi olana kimi hər şey mükəmməl idi. Pənahın ilk kəlməsi “ana” olmuşdu.  Sən demə elə ilk kelmeyle o anasına bağlılığını bəlli edib, Səlimənin də bu kəlməyi eşidəndə  ala gözləri dolmuşdu , məhəbbətlə oğlunu qucağına almışdı.

Səlimə bütün övladlarını eyni sevgiylə ,eyni məhəbbətlə sevir, birinin ayağına tıkan batsa onun ürəyinə batmış kimi hiss edirdi . Əhməd isə əvvəllər  Pənaha daha çox dəyər verir , tərif edərdi.  Nədə olsa bir növ gələcəyə yatırım kimi baxırdı ona. Amma zamanla Əhmədin işləri zəiflədi.Malı-qarasının yarısından çoxu  xəstəlikdən tələf oldu .   Daha çox qazanmaq üçün qumara başladı . Amma qazanmadı əksinə əlində olanida itirdi. Itirdikcə daha çox oynadı, oynadıqca daha çox itirdi. Bir müddət sonra isə saysız mal -qaradan , mağazadan  , var -dövlətdən iz qalmamışdı. Sadəcə indi yaşadıqları ev və cəmi 10bas heyvan bu qədər. Oda Səlimənin sayəsində maneə olmasaydı onlarıda qumara qoyardı bəlkədə. Kim bilir bəlkə də özünə sığışdırmadiğı , 5qizin ahı idi bu .

Və artıq zaman keçdikcə onun Pənaha olan baxışı dəyişdi. Artıq ona “yük ” kimi baxırdı.  Neçə dəfə acılamışdı da. Hətta Səliməyə onu gəldiyi yerə qaytarmaq isdediyini bildirmişdi. Necə olsa artıq onunla bir “işi” qalmamışdı. Səlimə ona qarşı gəlib-“axı bir qarın çörək yeyir nə istəyirsən ondan?nə günahı var?”-deyəndə Əhməd hiddətlə yerindən şığıyıb :

-ne günahı var? Elə hamsı onun uğursuzluğu dur . Adına bax Pənah!! Savabdır deyə evimə aldım axı hardan biləydim onun bəxtsiz , uğursuz olduğunu. Ah!!axmaq başım.

-Penah o balaca uşaqmı demişdi get qumar oyna? Omu heyvanlarına xəstəlik saldı ?hə? Cavab ver!  Səlimə sanki necə ilin kirini, pasını qusurdu.  Otağa sukut çökdü. Birdə bu söhbət açılmadı. Amma Əhmədin nifrəti günü -gunden artırdı.  Bir neçə dəfə “uğursuz”kəlməsini qızlarının da yanında dediyinə görə onlarda Pənahı belə çağırırdılar. Səlimə onlara nə qədər acıqlansada  tərgidə bilmirdi bu sözü onların ağızlarından.  Pənah hər güzgüyə baxanda güzgüdə , yemək yeyəndə boşqabın da ,su içəndə stakan da bu sözü görürdü sanki. “Uğursuz” . Bacıları onunla oynamır eləcə də başqaları ilə birlikdə oynamağına da qoymurdular. Oda heç vaxt onlara qarşı gəlmirdi. Bir gün belə səsini yüksəldməmişdi.

Zaman keçdi, fəsillər dəyişdi, ağaclar yeni libas geyindi. Artıq Pənahın 7 yaşı vardı. Məktəbə getməli idi amma atası artıq xərc olar deyə qoymurdu. Səlimə bir neçə dəfə ona qarşı gəlsə də yediyi silleden sonra ümüdünü itirmişdi.  Yalnız özü evdə məşğul olurdu. Oda Əhməd olmayanda. Evdə Pənaha anasından başqa hamı ya uğursuz deyirdi yada “6-ci barmaq” . Səlimə də onu öz adıyla çağırmasa uşaq öz adını unudurdı bəlkə də.  Pənah çox ağıllı idi. Məktəbə getməsə də bacılarından daha çox bilirdi. O artıq “6-ci barmaq”ləqəbinin  də mənasını bilirdi . Uşaqlar evindən götürüldüyünü, onlara artıq yük olduğu üçün bu ləqəbi ona verdiklərini bilirdi. Daha doğrusu bacısı demişdi.

Pənahın bütün günü belə keçirdi.  Anasından məhəbbət görərkən, digərlərindən nifrət dolu baxışlar.  Və bir gün gələr hər şey dəyişər dəyərlər o gün gəldi…..

Pənahın artıq 18yasi vardı və o öz ailəsini tapıb hesab soruşmaq istəyirdi. Nəyə görə onu tərk etdiklərini bilmək istəyirdi. Bir səhər  həmin uşaqlar evinə gəldi. Ailəsindən kiçikdə olsa bir ipucu axtarırdı. Bu axtarış bir neçə gün çəkdi ağrılı,acılı günlər. Səlimənin  gözünün yaşının qurumadığı günlər. Əhmədin isə yalnız “nankör” kəlməsindən başqa bir kəlmə demədiyi günlər.

Pənah nəhayət axtardığı suallara cavab tapmışdı. Anasının xəstə olduğu üçün ,öləcəyini bildiyi üçün , atasının ona baxa bilməyəcəyini bildiyi üçün onu uşaqlar evinə qoymuşdu . Və bir ay sonra vəfat etmişdi. Atasıda tez bir zamanda yenidən evlənmişdi. Pənah bütün bunları öyrəndikdən sonra vicdanı sizladi neçə illər anasına olan nifrəti indi vicdan əzabına çevrilmişdi. atası heç maraqlı gəlmədi ona . Evə qayıtdı. Və artıq onunçün hər şey dəyişmişdi. Istənməyən uşaq deyildi daha o öz gözündə . Yeni qərarlar, ümüdlər yeni həyat başladı onun üçün  . Hetda Əhmədin evə qayıdanda onu nankör deyib döyməsinidə unutdu. Daha çox oxudum , işlədi öz puluyla yeni kitablar aldı. Universitete daxil oldu. Tanınmış həkim oldu. Heç kimin anası ölməsin deyə həkim oldu. Artıq onun “6-ci barmaq”ləqəbi yaxşı mənada 5 bacıdan fərqlənən ağıllı , oxumuş olaraq işlədilirdi. Əhməd onu indi yenidən sevirdi. Bəlkə də onun üçün aldığı maşına görə kim bilir? Yalnız Səlimə onu puluna görə yox Pənah olduğu üçün sevirdi. Və beləliklə Pənah adının haqqını verirdi. Getdiyi hər yerə hər xəstəyə Pənah aparırdı…..

Yazar: Rəbiyyə Cabbarova Şahbaz qızı (Ən yaxşı bədii hekayə müsabiqəsində ilk beşlikdə)

həmçinin bax TARİXİN GİZLİ QƏHRƏMANLARI-MÜMİN AKSOY

həmçinin bax https://tehsilim.org/b-i-l-d-i-r-i-s-telebelerin-nezerine/