Ədəbiyyat
Kökünü ərəb dilindəki “ədəb” sözündən götürən ədəbiyyatın başlıca məqsədi insana özünü dərk və tərbiyə etməkdə, kamilliyə aparan yolda yardımçı olmaqdır. Humanitar elmlər sırasına daxil olan ədəbiyyatın daşıdığı əhəmiyyət diqqət mərkəzindən kənarda qalsa belə, bu onun daşıdığı mahiyyətdən zərrə əksiltməz. O isə ki, ədəbiyyat bəşəriyyətin atan nəbzi,vuran ürəyidir. İnsanlığın sözlə ilk tanışlığından bu yana böyük bir inkişaf yolu keçən ədəbiyyat şifahi xalq ədəbiyyatı və yazılı ədəbiyyat adlandırdığımız iki qola ayrılır. Aradakı bir sıra fərqlərə baxmayaraq,( şifaxi xalq ədəbiyyatı qədimliyi, çoxvariantlığı, müəllifinin anonim olması, dövrünün dil və üslub xüsusiyyətlərini daşımaması ilə yazılı ədəbiyyatdan kəskin şəkildə fərqlənir) hər iki qol bəşəriyyətin(xalqların) yaşayış tərzi, əhval-ruhiyəsi, psixologiyası haqqında fikir yaratmağa yardımçı olur. Sehrli bir aynadır ədəbiyyat, hansı ki insanlığın daxili iztirablarını, keçirdiyi hiss və həyəcanına, kədərinə, sevincinə ev sahibliyi edir. Bir xalqı tanımaq üçün onun ədəbiyyatına müraciət etməlisiniz, o, sizə öyrənmək istədiyiniz həqiqətləri yanlışsız və əksiksiz göstərəcək.
Ədəbiyyatı öyrənən elmin adı ədəbiyyatşünaslıqdır və öz növbəsində ədəbiyyat tarixi, ədəbiyyat nəzəriyyəsi, ədəbi tənqid kimi üç bölməyə ayrılır. Ayrılıqda hər birinin konkret sahəsi və vəzifəsi olan bu bölmələr birlikdə ədəbiyyatşünaslığı təşkil edir.
1. Ədəbiyyat tarixi- ədəbiyyatın ta qədimdən bu günə kimi keçdiyi inkişaf yolunu, inkişaf mərhələlərini, çiçəklənmə və tənəzzül səbəblərini öyrənir. Bir ədəbiyyat tarixçisi ədəbi əlaqələri və onların təsirini, yazıçının mühitlə arasında olan əlaqəni və mühitə qarşı dayandığı mövqeni, əsərlərin mövzu vəhdətini , çalarını müəyyən etməyi bacarmalı, ədəbiyyatın milli əhəmiyyətini öyrənmək və sistemləşdirmək kimi çətin və şərəfli vəzifəni icra etməlidi.
2. Ədəbiyyat nəzəriyyəsi- bədii ədəbiyyatın daşıdığı xüsusiyyətləri, həyatı əks etdirdiyi prinsipləri öyrədir, mahiyyət və əhəmiyyətini izah edir. Söz sənətinin daxili qaydalarını-məzmunla formanın vəhdətini, ədəbi janrları, yazıçının həyatdakı hadisələri əks etdirmək üçün müraciət etdiyi ədəbi vasitələri və yaradıcılıq metodunu öyrənmək, müxtəlif dövrlərdə yazıb-yaradan sənətkarları tədqiq etmək, tarixən yaranmış cərəyanları, mühitin bədii tələblərini üzə çıxarmaq və ümumiləşdirmək kimi öhdəlikləri üzərinə alır.
3. Ədəbi prosesi, ədəbiyyatın müasir həyatla necə və nə qədər səsləşdiyini qiymətləndirir, ədəbiyyatın inkişafına kömək edir. Bədii əsəri başa düşmək və ona münasibət bildirməkdə oxucuya yaxından kömək edir, istiqamət göstərir. Müasir ədəbi prosesdə atılan addımları, gündəlik problemləri izləmək ədəbi tənqidin başlıca vəzifəsidir.
- Ermənistana məxsus iki ədəd taktiki PUA məhv edilib
- Daxili İşlər nazirindən yeni TƏYİNAT.