245 saylı məktəbdə Milli Mətbuat Günü münasibətilə tədbir keçirilib. – FOTO
Milli Mətbuat Günü – 22.07.2020 – ci il tarixində Xətai rayonu 245 saylı tam orta məktəbin təşəbbüsü ilə Milli Mətbuat Gününün 145 illiyinə həsr olunmuş iki hissəli virtual tədbir keçirilib. 1-ci hissədə mətbuatdan, 2-ci hissədə isə Tovuz döyüşlərindən eləcə də şəhidlərimizdən bəhs olunub. Tədbirin 2 saat müddətində olmasına baxmayaraq həm gözəl müzakirələr oldu, həm də şagirdlər hazırladıqları bir-birindən gözəl slaydları təqdim etdilər, Vətənpərvərlik ruhunda şeirlər söylədilər. Tədbirdə iştirak edən müəllimlər: Dəmirova Nazilə, Məmmədova Aynur, İmranlı Ruhəngiz, Əlizadə Sona olmuşlar. O cümlədən, 5 D, 6 E, 10 B sinif şagirləri həmçinin, Aztv-nin müxbiri Sakit Ocaqlı, Azəripressdən Fərəc Aslanov, Qafqazın Günəşi Dərgisi və kafkazh.com redaktorlarla iş üzrə sədr İlahə Hüseynli, İdarə heyəti üzvü və təşkilatın mətbuat katibi Rəna Vüqarlı iştirak etmişlər.
XƏBƏRÇİ: Kafkazh.com xüsusi müxbiri Rəna Vüqarlı