2020/2021-ci tədris ilində peşə təhsili üzrə qəbul 120 ixtisas üzrə aparılacaq
2020/2021-ci tədris ilində peşə təhsili üzrə qəbul 120 ixtisas üzrə aparılacaq
2020/2021-ci tədris ilində peşə təhsili üzrə qəbul 66 peşə təhsil müəssisəsində 120 ixtisas üzrə aparılacaq.
AZƏRTAC xəbər verir ki, bunu 2020-2021-ci tədris ili üzrə peşə təhsil pilləsinə tələbə qəbulunun başlanması ilə bağlı mətbuat konfransında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Pərviz Yusifov deyib.
O bildirib ki, bu il ilk dəfə olaraq tələbə qəbulu prosesində işəgötürənlərlə birgə ikili proqramlar tətbiq olunacaq.
Xatırladaq ki, bu gün peşə təhsili müəssisələrinə sənəd qəbuluna start verilir. Sənəd qəbulu avqustun 24-dək elektron qaydada http://qebul.vet.edu.az/ səhifəsindən qeydiyyatdan keçməklə həyata keçiriləcək. Müsabiqənin nəticələri avqustun 25-də elan olunacaq və qəbul olunan namizədlərə qeydiyyatdan keçdikləri mobil nömrələrə SMS gələcək.
Mənbə: azertac.az
Müxbir: Şükürova Fatma