1918 ci ilin əvvəlində Bakı quberniyasında ermənilərin vəhşilikləri
Son iki əsrdə bilavasitə Rusiyanın himayədarlığı ilə istədikləri əməlləri həyata keçirən ermənilər Qafqaza gəlmə bir xalq olmalarına baxmayaraq, bu qədim və zəngin ərazidə yurd salmaq, dövlət yaratmaq üçün hər cür hiyləyə, fitnə fəsada əl atmışlar. Bu haqda rus tarixçiləri İ.Dyakonov və N.Şavrov belə demişlər: “Qədim ermənilər, təxminən bizim eradan əvvəl birinci minillikdə, Fərat çayının yuxarı vadisi zonasında meydana gəlmişlər” XX əsrin başlanğıcında Zaqafqaziyada yaşayan 1300000 ermənidən 1 milyondan artığı bu rayonun yerli əhalisi deyildir: onlar buraya bizim tərəfimizdən köçürülmüşlər.Ermənilərin Qafqaza köçürüldükləri barədə (Türkiyədən və İrandan) “Ermənilər, əsasən, müsəlman mülkədarların torpaqlarında yerləşmişlər” – deyən vəziri-muxtar, diplomat və dramaturq A.Qriboyedovun “Ermənilərin İrandan bizim əyalətlərə köçməsi haqqında qeydlər”ini oxumaq kifayətdir.
Ermənilərin Qafqazın aborigen xalqı olmamaları barədə vaxtilə mənşəcə Erməni alimlərin özləri də etiraf etmişlər. Tarixçi B.İşxanyan “Qafqaz xalqları” əsərində yazır: «Antik dövrdə ermənilərin əsl vətəni olan Böyük Ermənistan Kiçik Asiyada, yəni Rusiyadan kənarda yerləşirdi. Ermənistan SSR EA-nın ilk prezidenti İ.Orbelinin qeydinə diqqət yetirək: “İndiki Dağlıq Qarabağ orta əsrlər Albaniyasının bir hissəsi olmuş, sonradan erməni feodalları tərəfindən zəbt edilmişdir.”[4]
1918-ci ilin mart ayının sonu Azərbaycan xalqının qanlı və faciəli gumləri kimi tariximizə düşmüşdür. İstiqlaliyyət tariximizin görkəmli araşdırıcısı Cahangir Zeynaloğlu mart hadisələri barədə belə yazır: «Daşnak firqəsi xüsusi bir proqram daxilində müntəzəm şəkildə Bakıda müsəlmanları qırdı. Bu qırğına «bolşevik – müsavat firqə mübarizəsi» adı verildi və qətl edilənlərin malları yağma edildi və yandırıldı. Martın 31-də başlayan bu qırğın üç gün davam eylədi. «İsmailliyyə» deyilən böyük və gözəl milli saray yandırıldı. «Təzəpir» və sair camelər də bombardman edildi. Şəhidlərin miqdarı 15 minə təxmin edilməkdədir. Qətllərdən qurtulan müsəlmanlar ətraf köylərə və dağlara çəkildilər.”
Bakıda azərbaycanlıların kütləvi qırğınından sonra oyuncaq hökumətin (daşnakların və ermənipərəst komissarların daxil olduqları Bakı kommunasının) başçısı S.Şaumyan özünün baş planını (azərbaycanlıların bir millət kimi məhvi barədə) həyata keçirmək məqsədilə Quba, Şamaxı, Salyan və Göyçay bölgələrində törədiləcək qırğınları həyata keçirməyə başladı.
Ermənilərin Bakıda qazandığı uğurlar S.Şaumyana qol-qanad verirdi. Öz hərəkətlərinə haqq qazandırmağa çalışan daşnak dideri Rusiya proletariatının başçısından da xeyir-dua almışdı. O vaxtlar V.İ.Lenin S.Şaumyana yazdığı xüsusi məktubda Bakıda mart qırğınında onun möhkəm və qəti siyasətinə məftun olduğunu bildirir və həmin siyasəti davam etdirməyi məsləhət görürdü. Daha sonra bolşeviklərin rəhbərləri tapşırırdı ki, bu siyasəti çox ehtiyatlı bir diplomatiya ilə birləşdirmək unudulmamalıdır. V.İ.Leninin fikrincə, belə etdikdə qələbənin təmin olunacağına böyük inam bəsləmək olardı
1918-ci ilin aprelində Bakı şəhəri və Bakı quberniyası bolşeviklərin əlinə keçdiyi bir vaxtda S.Şaumyanın tapşırığı ilə Quba qəzasında hakimiyyəti ələ keçirmək üçün tədbirlər görülməyə başlanmışdı. Aprelin ortalarında S.Şaumyan özünün sadiq məsləkdaşı David Gelovanini ermənilərdən ibarət iki yüzə yaxın silahlı əsgərlə Qubaya göndərir. Burada özünü Quba qəza komissarı elan edən D.Gelovani yerli əhaliyə bildirir ki, onlar mütləq bolşeviklərin hakimiyyətini tanımalıdırlar. Vəziyyətin çox ağır olduğunu dərk edən qubalılar bu təkliflə razılaşırlar. Bir neçə gündən sonra Qubada sakitliyin yarandığını görən D.Gelovani yerli camaatın tərkisilah edib həbsxanada saxladıqları iki yüzdən artıq ermənini azadlığa buraxdırır.
D.Gelovaninin Qubada bolşevik idarə üsulu uzun çəkmir. Bir neçə gündən sonra şəhərin və ətraf kəndlərin camaatı bolşevik komissara silahlı müqavimət göstərib ona ya Qubanın tərk etməsini, ya da təslim olmasını təklif edirlər. Arxadan köməyə gələn xüsusi toplu-pulemyotlu dəstə belə, D.Gelovaniyə kömək edə bilmir.
D.Gelovani Qubanı tərk etmək məcburiyyətində qalır. Şəhərdən çıxarkən, o, buradakı erməniləri də özü ilə aparır. Qubalılar bu hadisələr zamanı həm şəhərdə yaşayan, həm də D.Gelovaninin əsgərlərindən olan ermənilərdən az da olsa Bakı qırğınının hayıfının çıxırlar. D.Gelovani Qubadan qovulduqdan iki həftə sonra xəbər gəlir ki, bolşeviklərin bu qəzaya yeni və güclü təcavüzü hazırlanır. May ayının 1-də məşhur daşnak zabiti Hamazaspın başçılığı ilə ancaq ermənilərdən ibarət olan böyük hərbi dəstə Qubanı mühasirəyə alaraq, şəhəri toplardan və pulemyotlardan atəşə tutur.[7]
Faciəli Mart qırğınından sonra Bakıda yerləşən Müsəlman Milli Şurası və azərbaycanlıların digər siyasi təşkilatları müvəqqəti olaraq Gəncəyə və Tiflisə köçmək məcburiyyətində qaldılar. Azərbaycanın müxtəlif ərazilərində daşnakların törətdikləri vəhşiliklərin dalğaları tədricən Gəncə və onun ətraf yerlərində də hiss olunmağa başlayırdı. Əslində Gəncə və onun ətraf ərazilərində azərbaycanlıların qırğınlarını həyata keçirmək üçün Bakının «bolşevik» daşnakları ilə Qarabağ erməniləri əl-ələ verməli, qüvvələrini vahid məqsədə yönəltməli idilər. Daha doğrusu, daşnaklar Göyçayı, Yevlaxı, Goranboyu zəbt etdikləri vaxt Qarabağ erməniləri də cənubdan Gəncə istiqamətində öz planlarını həyata keçirəcəkdilər. Hətta o vaxtlar Azərbaycan demokratik qüvvələrinin məqsədini lağa qoyan daşnak lideri S.Şaumyan və digər erməni liderləri mətbuat səhifələrində azərbaycanlılara rişxəndlə bildirirdi ki, «Siz muxtariyyət deyil, xarabazar alacaqsınız». S.Şaumyan və onun əlaltıları bunula demək istəyirdilər ki, azərbaycanlılar öz ulu torpaqlarında heç vaxt nə milli dövlət yarada biləcək, nə də Qafqazda muxtariyyət əldə edəcəklər. Erməni daşnaklarının niyyətləri çox dərin qatlarda Azərbaycani erməniləşdirmək arzusu ilə bağlı idi. Belə ki, 1918-ci ilin aprelində təşkil olunmuş Bakı quberniyası Xalq Komissarları Sovetinin rəhbərləri nəinki Azərbaycanın türk xalqına öz müqəddəratını təyin etmək hüququnu rəva görmür, hətta başçıları S.Şaumyan «Azərbaycan» sözünü qəbul etməkdən imtina edirdi. Əmiryanın redaktoru olduğu «Bakinski raboçi» qəzeti bu sözü məsxərəyə qoymaqdan belə çəkinmirdi. «Bakı və Bakı quberniyasında milli qüvvələrə divan tutduqdan sonra, Bakı Soveti özünün əsasən erməni hərbi hissələrindən ibarət olan dəstələrini Gəncəyə hücuma hazırlayırdı.
Ermənilərin Bakıda törətdikləri vəhşiliklər tədricən Azərbaycanın digər bölgələrində də təkrar olundu. Bakıda fəaliyyət göstərən Erməni Milli Şurası əsasən ermənilərdən ibarət bolşevik silahlı dəstələrini Hacıqabul, Kürdəmir və Göyçay, eləcə də Salyan və Lənkəran istiqamətlərinə göndərərək, yerli əhalini – azərbaycanlıları qırmaq barədə göstərişlər hazırlamışdı.
Bakı Komissarları Sovetinin rəhbəri Şaumyanın başçılıq etdiyi bolşevik təşkilatları azərbaycanlılarla öz milli haqq hesablarını bolşevizm pərdəsi altında çəkən daşnak şovinistləri ilə dolmuşdu.
Şamaxı və Göyçay istiqamətində göndərilən erməni silahlı dəstələrinə S.Şaumyanın ən yaxın dostları Stepan Lalayan və Tatevos Əmirov başçılıq edirdilər.
Gəncədə azərbaycanlıların kütləvi qırğınlarını təşkil etmək üçün ermənilər çox böyük hazırlıq işləri aparırdılar. Bütün bu məsələlərin müqabilində ermənilər həm gizlicə, həm də aşkar çoxlu əks-tədbirlərə əl atırdılar. Daha doğrusu, daşnaklar xəlvətcə öz işlərini görürdülər. Həştərxandan, Krasnovodskdan gələn ermənilər bu bəhanə ilə Bakıda saxlanırdılar ki, guya müsəlmanlar yollarda onlara hücum edirlər. İrandan və Krasnovodskdan paroxodlarda Şura hökuməti adına gətirilən mühümmati-hərbiyyə və qeyri şeylər daşnakların əlinə keçirdi. Bu şeylər etibarlı yerlərə yığılırdı. O cümlədən Mantaşovun zavoduna və qeyri yerlərə. Bunların hamısı ilə bərabər eyni zamanda Şaumyan və Avakyanın fitnəkarlığı sayəsində Şamaxı hadisələri vaqe oldu.Şamaxıda ermənilərin törətdikləri vəhşiliklərlə bağlı S.Şaumyanın daşnaklara müraciətlə hazırladığı məktub Gəncə komendantının əlinə keçir. Həmin məktubdan açıq aydın görünürdü ki, həm Şaumyan, həm də Avakyan ən qatı daşnakdırlar. S.Şaumyan Bakı Xalq Komissarları Soveti adından 1918-ci ilin iyun ayının 6-da ermənilərdən ibarət hərbi hissələrin Gəncə üzərinə hücumu barədə əmr hazırlayır və daşnak sərkərdələrinə xüsusi tapşırıqlar verir[4]
1918-ci il sentyabrın 15-də general-leytenant Əliağa Şıxlinskinin rəhbərliyi altında Azərbaycan və üç gün sonra isə Nuru paşanın başçılığı ilə türk qoşun hissələri Azərbaycan Demokratik Cümhuriyyəti paytaxtı Bakını menşevik, eser və daşnaklardan ibarət oyuncaq Sentrokaspi hökumətindən təmizlədi. İngilislər elə sentyabrın 15-də Bakını tərk etdilər. Öz xalqına sadiq sərkərdələrin və kifayət qədər silahın olması bu ağır müharibədə igid Azərbaycan əsgərlərinə qələbə qazandırdı. 15 min nəfərlik qoşunla düşmənin 50 minlik ordusu tamamilə darmadağın olundu. Azərbaycan hökuməti Bakıya köçdü.[4]
Ədəbiyyat siyahısı
- Cahangir Zeynaloğlu, Müxtəsər Azərbaycan tarixi, Bakı, 1992
- Vaqif Arzumanlı ,Nazim Mustafa “Tarixin qara səhifələri “ Bakı ,Qartal ,1998 , 218
səhifə
Yazar: Ayşən Süleymanova ( BDU-Tarix, SABAH qrupları tələbəsi)