Zərdüştlük (avest. vahvī- daēnā- māzdayasna- — «Müdriklərə hörmət bəsləyən xoş inam»
Dünyanın ən qədim etiqadlarından biri olan Zərdüştilik İran ərazisində meydana gəlmişdir. Dinin adı onun banisi Zərdüştün adı ilə bağlıdır. Bu yeni dini etiqad nəinki İran ərazisində yaşayan tayfaların, eyni zamanda Azərbaycan, Orta Asiya, Hindistan və digər ölkələrdə yaşayanların da dininə çevrildi. Həyatın əsasını təşkil edən od, su, torpaq və hava müqəddəs hesab edilir, onların daima təmiz qalmasına səy göstərilirdi. Od, göstərdiyimiz dörd ünsür içərisində ən müqəddəs, baş ilahi və ülvi qüvvə hesab edilirdi. Zərdüştilər onun nuruna sitayiş edirdi, lakin sonradan bütün bu inanc dəyişdirildi və insanlar sırf oda sitayiş etməyə başladılar və beləliklə tədricən Zərdüştilik ənənələri üstündə görünüş və formaca eyni, lakin məzmunca fərqli yeni bir din, Atəşpərəstlik formalaşdı.
“Avesta” meydana gəldiyi ərazində, yəni yaxın və orta şərq ölkələrində, geniş yayılaraq həmin ölkələrin fikir tarixində önəmli bir yer tutmuşdur. Bu ölməz abidə haqqında Roma, İran, Suriya, o cümlədən Azərbaycan məxəzələrində söz açılmışdır. (2, səh.2)
Biz “Avesta”nın orjinalı məhv edildiyini, əlimizdə olan materialların isə “Avesta”nın tərcüməsi olduğunu bilirik. Və çox təəssüf ki, tərcümənin də hansı dilə (xalqa) məxsus olduğu bilinmir. Və bu əsəri hansı ünvana aid etmək lazımdır sualını verəndə “şəriklik” və “ortaqlıq” hisləri ortaya çıxır. Tədqiqatçıların çoxu “Avesta” dili hind-avropa ailəsinin, hind-iran, ari qrupuna aid edir. “Avesta” dilinin son daşıyıcıları əsasən Hindistanda yaşayan Pars xalqıdır. Bütün bunlara baxmayaraq abidənin taleyi Azərbaycan xalqının həyatı ilə sıx şəkildə bağlı olmuşdur. Zərdüştün vətəni odlar yurdudur, Hər iki tanrı obrazı, xeyir allahı Hörmüz (Ahura Məzda) və şər allahı Əhrimən Azərbaycan mifik təfəkküründə uzun əsrlər boyu yaşamışdır. (2,səh.3)
Əsərin Azərbaycan həyatı və məişəti ilə sıx şəkildə bağlılığını sübut edən bir çox faktlar var. Və mən bunlardan bir neçəsini qeyd etməyi lüzum bilirəm.
1. “Avesta”nın qədim tərcüməsindən sonra belə, əsərdə qalmaqda olan türk (Azərbaycan) sözlərinin mövcudluğu. Məsələn, əsən-yaxşı, sayru-xəstəlik, eş-dost, aş-yemək və sair kimi sözlər. (2,səh.4)
2. Həmçinin təməlini zərdüştlükdən götürən adət və ayinlərimiz. Məsələn, Novruz, duvaqqapma, çillə və şər vaxtı.[3,səh3]
“Avestada” əksini tapan dini baxışın əsasını ifrat dualizm təşkil edir. Cismani aləmdə işıqla qaranlıq, üzvi təbiətdə ölümlə həyat, mənəvi aləmdə xeyir və şər, ictimai həyatda ədalətlə zülm arasında daimi mübarizə gedir. Dini aləmdə bu mübarizəni Hörmüz və Əhriman arasında gedən konflikt təşkil edir. Əsas mübarizə bu iki xeyir və şər tanrısı arasında cərəyan edir. Ahuraməzda işığı, həyatı, xeyri və ədaləti təmsil edirsə, Anqramanyu ölümü, şəri, zülmü təmsil edir.[4,səh.17]
Tarixi
Alimlərin hesab etdikləri kimi, ilkin “Avesta”dan yaddaşda heç də hər şey qalmayıb, “Avesta”nın hifz olunmuş hissələri artıq yuxarıda xatırlandığı kimi, e.ə. I əsrdə kodifikasiya olunmuşdu. Axırıncı redaktədən sonra güclü surətdə seyrəlmiş “Avesta” mətni də Ərəblərin hakimiyyəti dövründə qeyri islam ədəbiyyatı kimi, amansızcasına yandırılırdı.

Öyrənilməsi tarixi
Avropalılardan ilk dəfə Fransa alimi Abraham Hiatsint Anketil-Düperron Avestanı fransız dilinə tərcümə etmişdir. O, 1771-ci ildə tərcümə etdiyi Avestanı Parisdə nəşr etdirir. 1883-cü ildə E.Bürnuf Yəsnanı tərcümə etməklə bərabər,eyni zamanda onun şərhini də yazır. Beləliklə bu vaxtdan etibarən Avropada avestaşünaslıq elmi getdikcə inkişaf edərək özünəməxsus yer tutur. Nəhayət 1905-ci ildə Bartolomey tərəfindən Qatlar tərcümə edilərək nəşr etdirilir.[2,səh.1-2]
Tədqiqatçılar “Avesta”nın bizə çatan hissələrini böyük bir binanın xarabalıqlarından toplanan qırıntılara bənzədir.
1. 22 fəsildən ibarət olan Vəndidad divlərə qarşı qanun mənasını verir.
2. Vispered- toplanan hissələrin hamısından az və pərakəndə olması ilə seçilir. Bütün hakimlər deməkdir və 25 fəsildən barətdir.
3. Yəsna“Avesta”nın bu günə qədər əldə olunan ən geniş və mühim hissəsidır. Bu söz sitayiş etmə və tapınma mənasını verir. T. Yəsnanın 17 fəslini təşkil edən, özü özlüyündə isə 5 hissədən ibarət olan “Qatlar” Azərbaycan ədəbiyyatı tarixi baxımından böyük bir əhəmiyyətə sahibdir.
4. “Kiçik Avesta” isə müxtəlif dini dualardan ibarətdir. (3,səh.19)

 

Ədəbiyyat siyahısı
1. Zərdüştlük. Vikipediya.org
2. “Avesta” məqaləsi- Nuranə Məmmədova 7 mart 2019
3. Azərbaycanda Zərdüşt adətləri Xalq Cəbhəsi Qəzeti. Yusif Vəzir Çəmənzəminli
4. “Azərbaycan ədəbiyyatı tarixi(Qədim və orta əsrlər)”Bakı, “Ozan”,2008