Milli mətbuatımız

Giriş.
Sözümüzün tarixi özümüz və özülümüz qədər dərindir. Hələ milli mətbuatımızın yaranmasından əvvəl Azərbaycanın ictimai fikir tarixi min ildən çox dövrü əhatə edən böyük bir təkamül yolu keçmiş və söz yaradıcılığının misilsiz ənənələrini yaratmışdır. Dədə Qorqud qopuzunun sədasından doğub, Nizami, Nəsimi, Fizuli kimi söz dühalarının cilasından keçən və Mirzə Fətəli yaradıcılığında artıq milli ideyanın ifadəçisi səviyyəsinə yüksələn Azərbaycan sözü Həsən bəy Zərdabinin “Əkinçi”si timsalında “materiallaşdı” və milli mətbuatımızın ilk nümunəsini ərsəyə gətirdi. Əşyaların adlandırılmasından başlayıb, milli ideyanı yetişdirməyə qədər yüksələn milli söz XIX əsr maarifçilərimizin fikir və düşüncələrində yetkinləşən milli ideologiyamzı yaratdı və onu ictimai şüurun aparıcı qüvvəsinə çevirə bildi. Sözdən düşüncələrə hoparaq, oradan də əməllərə keçən milli ictimai şüur isə ilk milli dövlətin yaranmasına gətirib çıxarması ilə dahi Fizulinin vəsf etdiyi “Əlahəzrət Söz” ün qüdrətini və təntənəsini nümayiş etdirdi. Milli mətbuatımız, sözün və söz sənətkarlığımızın öz funksiyasında ən yüksək əməli nəticələrə gətirib çıxardığı bu uzun yolun yeni dövr mərhələsidir.

Milli mətbuatın yarandığı dövr haqqında ilkin tanışlıq.
Milli mətbuatımızın yarandığı dövr tarix üçün də yeni bir dövr idi. Bu, Sözün sentimental və ruhani hissiyatların təsvirindən real həyat düşüncələrinin ifadəçisinə çevrildiyi, mifik qəhrəmanlığı göylərə yüksəldən mücərrəd saray poetikasından insanların düşüncəsinə nüfuz etməklə ictimai şüuru təkmilləşdirən, milli dünyagörüşünü formalaşmağa istiqamətləndirən və bununla da söz yaradıcılığına ictimai-siyasi çalarlar gətirən realist yaradıcılıq mərhələsinə keçdiyi bir dövr idi.
Ilk mətbuat orqanımız “Əkinci”nin işıq üzü görməsindən dərhal sonra bir-birinin ardınca açılan qəzetlərimiz ağır təzyiqlərlə üzləşərək qısa müddətdən sonra bağlanmalı olurdular. Buna baxmayaraq,“Əkinçi”,“Ziya”, “Kəşkül”, “Kaspi” kimi mətbu orqanlarımız ictimai-siyasi şüurun inkişafına əhəmiyyətli təkan verdilər, insanların yeni həyat idealları uğrunda mübarizəsinə yol aça bildilər.Həsən bəy Zərdabi, Səid və Cəlal Ünsizadələr, Seyid Əzim Şirvani, Sultan Məcid Qənizadə, Firudin bəy Köçərli, Məmməd Kəngərli kimi milli ideya daşıyıcılarımız milli mətbuatımızın məktəb və ənənəsini yaratmağa nail ola bildilər. Heç təsadüfi deyil ki, o zamankı naşirlər və qəzetçilər peşə baxımından jurnalist deyildilər, lakin mətbuat onlar üçün xalqın, millətin şüuruna çatdırmaq istədikləri mütərəqqi ideyaların yayılmasına və keyfiyyətcə yeni bir cəmiyyətin yaranmasına nail olmaq üçün istifadə edə biləcəkləri ən müasir və ən kəsərli bir vasitə idi. Ona görə də XIX əsr ziyalılarımızın demək olar ki, hamısının həyatı mətbuatla sıx bağlı idi. XX əsrin əvvəllərində isə Cəlil Məmmədquluzadə, Ömər Faiq Nemanzadə, Üzeyir Hacıbəyli və digər ziyalılarımız bu ənənəni davam etdirərək “Şərqi-Rus”, “Həyat”, “Açıq söz”,“Molla Nəsrəddin” və digər məşhur mətbu orqanlarımızı yaratmaqla artıq möhkəmlənməkdə olan milli şüuru dövlətçilik şüuruna yüksəldə bildilər. Məhz bu insanların fədakarlığı və əzmkarlığı sayəsində Azərbaycan milli şüuru elə yeni dövrün başlanğıcında özünün intibah mərhələsinə yüksəldi və tarixdə ilk türk cümhuriyyətini – azad insan və demokratik cəmiyyət nümunəsini yarada bildi. Mövcud olduğu qısa zaman kəsiyində “İnsanlara hürriyyət, Millətlərə istiqlal” bəyan etmiş ilk milli Cümhuriyyətimizdə milli mətbuatımız azadlıq coşqusu ilə yüksəldi, böyüdü və gənc dövlətdə sürətli quruculuq və yaradıcılıq marafonuna əvəzsiz töhfələr verdi.
1920-ci ildə müstəqilliyimizə son qoyan imperiya milli mətbuatımızın da müstəqilliyinə son qoydu. Imperiya nəzarəti altında yaranan yeni sovet mətbuatı isə yalnız bolşevik ideologiyasının imkan verdiyi özünəməxsus formatda mövcud ola bilərdi. Buna baxmayaraq, milli mətbuatımız mübarizə yolundan dönmədi. İctimai-siyasi hadisələrə obyektiv münasibət bildirməyin mümkün olmadığı ən çətin zamanlarda belə milli mətbuatımız öz səylərini əhalinin savadlanması, milli mədəni dəyərlərimizin qorunması və ən başlıcası isə doğma ana dilimizin ədəbi dil kimi təkmilləşməsi işinə yönəltdi. Milli-mədəni sərvətlərimizin, milli-mənəvi dəyərlərimizin qorunub saxlanmasına misilsiz xidmətlər göstərdi. (1.səh 1-3)

“Əkinçi”yə qədər…
…XIX əsrin ikinci yarısında dünyanın bir sıra ölkələri üçün dövri mətbuat anlayışı çoxdan mövcud idi. Azərbaycanda isə bu sahədə sükut hökm sürürdü. Görünən mənzərə belə idi: XIX əsrin ikinci yarısında Azərbaycan hələ də milli mətbuatını yarada bilməmişdi. Ancaq bu istiqamətdə fəaliyyət göstərənlər və ya bu arzuda olanlar var idi. Sovet dövrünün tarix və ədəbiyyat kitablarında, adətən XIX əsrin bütün müsbət tərəfləri Azərbaycanın Rusiya tərkibinə daxil olması dövründən sonraya aid edilir. Əslində, həmin əsrin birinci yarısında baş verən bir sıra tarixi hadisələr, xüsusilə 1813-cü ildə Gülüstan, 1828-ci ildə Türkmənçay müqavilələrinin imzalanması Azərbaycan xalqının milli təfəkkürünün inkişafına təkan verdi. Azərbaycanın iki yerə bölünməsi, hər hissəsinin bir dövlətin müstəmləkəsi altında yaşamağa məhkum edilməsi milli azadlıq duyğularını gücləndirməyə başladı. Digər tərəfdən, XIX əsrin xüsusilə ikinci yarısında Rusiyanın ictimai-siyasi həyatında baş verən mühüm hadisələr, 1861-ci ildə Rusiyada təhkimçilik hüququnun ləğvi onun təbəəliyində olan ölkələrdən biri kimi Azərbaycana təsir göstərdi. İqtisadi və ictimai inkişaf milli mətbuatımızın yaranmasını zəruri etdi.
Əkinçinin qarşılaşdığı çətinliklər.
Çətinliklə nəşrə başlayan «Əkinçi» ilk sayından başqa problemlərlə də üzləşdi. Bunlardan biri də gözlənildiyi kimi, oxucu tapmaq oldu. Bu məsələ müasir mətuat orqanlarına da tanışdır. Ancaq «Əkinçi» ilə bugünkü qəzet və jurnalların oxucu tapmaq problemi tamamilə fərqlidir. İndi mətbuat bazarında seçim böyükdür. Qəzet və jurnallar oxucularını qorumaqda çətinlik çəkir. Azərbaycanın yeganə qəzetinin dərdi isə başqa idi. Bircə qəzet nəşr edilirdi, onu da oxumaq üçün ölkədə savadlı adamlar az idi. «Əkinçi»nin əsas ideyası maarifçilik idi. Digər tərəfdən, Həsən bəy Zərdabi ilk mətbuatımızı elə qurmuşdu ki, xalqa yaxın olsun. Onun əsrlərin sınağından keçən adət-ənənələri, əkin-biçin işləri, məişət qayğıları barədə «Əkinçi»nin səhifələrində məlumatlar var idi. Bununla yanaşı, ölkədə, dünyada baş verən hadisələr barədə də oxucular xəbərdar edilirdi. Amma savadsızlıq «Əkinçi» ilə xalqın arasında səddə döndü.…«Əkinçi»nin tirajının bir hissəsini Bakının küçə və bazarlarında paylamaqdan savayı, başqa şəhərlərə də müftə göndərirdi ki, xalq «qəzet oxumağa adət eləsin». Qəzetə müxbirlər tapmaqda çətinlik çəkən «Əkinçi»nin redaktoru işlərin böyük bir hissəsini özü görməli olurdu.
O zaman Bakıya gələn fransız jurnalisti «Əkinçi»nin çap şəraitini görüb Həsən bəyə deyib: «Doğrusu, siz əsl qəhrəmansınız! Bizim Fransada belə bir yoxsul qəzet üçün işləmək istəyən tapmaq olmazdı. Sizin qüvvənizə heyrət edirəm. Belə məlum olur ki, siz öz xalqınızı çox sevirsiniz!».
Həsən bəy Zərdabi barədə hökumət orqanlarına göndərilən böhtanlarla dolu danosların sayı durmadan artırdı. Şəhər və kənd yollarının bərbad olması, xüsusilə müharibə nəticəsində poçt xidmətinin zəifləməsi ucbatından «Əkinçi» oxuculara gec çatdırılanda da narazılıqlar yaranırdı.
Azərbaycanın ilk mətbuat orqanı iki il yaşasa da, xalqın milli və müasir ruhda tərbiyə olunmasında böyük rol oynadı. Maarifçi və demokratik ideyaların carçısına çevrilməyi bacardı. Azərbaycan milli mətbuat tarixində açdığı yol uğurlu oldu.
Jurnalistika məktəbi hesab edilən “Əkinçi” öz oxucularını dünyada gedən hər cür sosial-iqtisadi, ideya-mənəvi proseslərdən hali etməyə, bununla onları səfərbər olmağa çalışırdı.
“Əkinçi” qəzetinin əsas məqsədi xalqımızı yeni elmi düşüncə və texnoloji vərdişlərə uyğun maarifləndirmək, həyat və məişətin bütün sahələrində onu digər xalqlarla yanaşı addımlamağa səfərbər etmək olub. Qəzetin 4 noyabr 1875-ci il tarixli 8-ci sayında təəssüf və yanğı ilə göstərilirdi ki, bizdə, Bakıda olan gimnaziyada oxuyan şagirdlərin milli tərkib nisbəti rus, erməni və qeyri xalqların tərəfindədir, yəni azərbaycanlı uşaqların sayı çox azdır. Halbuki azərbaycanlıların sayı burada həmin xalqların nümayəndələrinin sayından qat-qat çox olmalı idi.
“Əkinçi”dən sonra …
«Əkinçi»nin ardınca müəyyən fasilələrdən sonra nəşrə başlayan «Ziya» və «Ziyayi-Qafqaziyyə» (1879-1884), «Kəşkül» (1883-1891) də Azərbaycan mətbuatı tarixinə qısa ömür tarixçələri ilə yazıldılar, bununla belə müəyyən işlər görərək iz qoydular.

1891-ci ildə «Kəşkül» qəzeti bağlandıqdan sonra Azərbayanın mətbuat aləmində durğunluq yarandı və bu sükut düz on iki il davam etdi. 1893-1903-cü illərdə anadilli mətbuat orqanı olmadığından Azərbaycan publisistləri Həsən bəy Zərdabi, Əlimərdan bəy Topçubaşov, Əhməd bəy Ağaoğlu, Məhəmmədağa Şahtaxtlı, Əsgərağa Adıgözəlov Gorani, Firudin bəy Köçərli, Səid və Cəlal Ünsizadə qardaşları və başqaları xalqın ictimai dərdlərini rusdilli mətbuatda əks etdirirdilər.

12 illik fasilədən sonra Məhəmmədağa Şahtaxtlı böyük çətinliklərlə «Şərqi-Rus» adlı qəzetin nəşrinə icazə aldı. Qəzet 1903-cü ilin martından 1905-ci ilin yanvarınadək Tiflisdə çap olundu. «Şərqi-Rus»un da uzun fəaliyyət göstərməsinə imkan vermədilər. Ancaq artıq ictimai-siyasi mühitdə elə ab-hava yaranmışdı ki, Azərbaycanı uzun müddət mətbuatsız qoymaq mümkünsüz idi. XX əsrin əvvəllərində bir-birinin ardınca yeni-yeni mətbu orqanları yaranmağa başladı. Çar Rusiyasında baş verən ictimai-siyasi hadisələr onun müstəmləkəsinə çevrilmiş ölkələrə də təsir göstərirdi. Yaranmış vəziyyətdən istifadə edən Azərbaycan ziyalıları yeni qəzetlər, jurnallar açmağa müvəffəq oldular. XX əsrin ilk onilliyində Azərbaycanda fəaliyyət göstərən «Həyat», «İrşad» qəzetləri, «Molla Nəsrəddin», «Füyuzat», «Babayi-Əmir» jurnalları və başqa mətbu orqanları «Əkinçi»nin ənənələrini davam və inkişaf etdirməklə yanaşı, həm də yeni ənənələr yaratdılar. Onlar da «Əkinçi» kimi zəhmətkeş xalqa təmənnasız və sədaqətlə xidmət, ictimai və milli zülmə qarşı mübarizə, doğma mədəniyyət və ana dilinin tərəqqisi yolunda yorulmadan çalışırdılar. Azərbaycan milli mətbuatı artıq böyük bir tarixi yola çıxmışdı. Elə o zaman da Azərbaycan aydınlarının şübhəsi yox idi: bu xalq yaşadıqca, onun mətbuatı var olacaq.

İlk qəzet ola bilər ki, kəskin ictimai-siyasi prosesləri, dərin iqtisadi-sosial problemləri öz səhifələrində tam dolğunluğu ilə əks etdirməyə müvəffəq olmadı. Ancaq nəşr ömrünün qısalığını, özündən əvvəl fəaliyyət göstərən, istinad edəcəyi, müsbət, yaxud mənfi xüsusiyyətlərinə görə nümunə götürəcəyi, örnək alacağı heç bir mətbuat orqanının olmamasını nəzərə alsaq, qeyd-şərtsiz deyə bilərik: meydana çıxması, varlığı, qəzetçilik tariximizdə qoyduğu iz, maarifçiliyin inkişafı naminə göstərdiyi çapları ilə «Əkinçi» özündən sonra yaranan mətbu orqanlarımız üçün nümunə olmağı, məktəb yaratmağı bacardı. ANSPRESS (3.səh1)

Müstəqilliyimizim bərpası dövründən başlayaraq mətbuatımız
1991-ci ildə dövlət müstəqilliyimizin bərpası Həsən bəy Zərdabidən gələn keşməkeşli milli mətbuat yolunu yenidən işıqlandırdı və artıq onlarla deyil, yüzlərlə mətbu orqanı millətin azadlıq coşqusundan doğan əzmkarlıqla yeni cəmiyyət quruculuğuna qoşuldular. 1998-ci ilin avqustunda ümummilli liderimiz Heydər Əliyevin mətbuat üzərində senzuranın ləğv olunması haqqında tarixi Fərmanı isə milli mətbuatımızı əbədi azadlığa qovuşdurdu, onun inkişaf yolunda intəhasız üfüqlər açdı. Prezident Heydər Əliyevin mətbuata özəl münasibəti, mətbuat nümayəndələrinə qarşı sonsuz səmimiyyəti və qayğıkeşliyi elan olunmuş müstəqilliyin hələ kifayət qədər möhkəmlənmədiyi bir dövrdə milli mətbuatımızı dövlət quruculuğu işlərinə töhfələr verməyə sövq edirdi. Lakin bir tərəfdən, ölkədə hökm sürən müharibə şəraiti və digər tərəfdən,yaranmaqda olan yeni iqtisadi münasibətlər çərçivəsində maddi vəsait çatışmazlığı milli mətbuatımızın sərbəst inkişafını mümkünsüz edirdi. Cari istehsal fəaliyyəti üçün mətbu orqanlarının dövlət qurumlarına yaranmış külli miqdarda borcları çoxsaylı qəzet və jurnalları bağlanmaq təhlükəsi qarşısında qoymuşdu. Ən çətin zamanlarda milli mətbuatımıza xüsusi təəssübkeşliklə yanaşan Heydər Əliyev o zaman da milli mətbuata dövlət qayğısının unikal nümunəsini yaratdı. Dövlət başçısının bu borcların silinməsi haqqında sərəncamı mətbu orqanlarına öz fəaliyyətini davam etdirmək üçün yeni və daha geniş fürsətlər yaratdı. Yeni ictimai-siyasi şəraidə meydana çıxan fikir plüralizminin, çoxsaylı partiya və qrup mənafelərinin, mətbuata xarici və daxili təsir cəhdlərinin bir-birinə qarışdığı mürəkkəb, lakin kifayət qədər geniş bir rəqabət meydanında milli mətbuatımız “çəkişməklə bərkişmək” mərhələsini də yaşadı.”
Nəhayət, milli mətbuatımızda 1988-ci ildə başlayan xalq hərəkatı zəminində yeni mütərəqqi bir dövr başladı. 1991-ci
ildə dövlət müstəqilliyimizin elan olunması ilə yeni demokratik jurnalistika vətəndaşlıq hüququ qazandı, lakin suverenliyin ilk illərində ölkəmizin üzləşdiyi, yaşadığı çətinlik və faciələr mətbuatımızdan da yan keçmədi.
Cəmiyyətdə mətbuatın rolunu yüksək dəyərləndirən ümummilli lider Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışı ilə Azərbaycanda milli mətbuatın inkişafı üçün geniş imkanlar yaradıldı.
Ölkəmizdə azad mətbuatın əsaslı hüquqi bazası yaradıldı, qarşıya çıxan maddi-texniki maliyyə problemlərinin həlli ilə bağlı dövlət səviyyəsində vacib tədbirlər görüldü.
1998-ci ildə senzuranın ləğvi, 2001-ci ildən isə ölkədə latın qrafikalı əlifbaya keçirilməsi müasir mətbuatımızın tarixində ən əlamətdar hadisələrdir.
Ulu öndər Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyev də azad mətbuatın inkişafını demokratik cəmiyyət quruculuğunda jurnalistlərin fəaliyyətini daim dəstəkləyir. Azad mətbuatın mövcudluğu ölkəmizin demokratik inkişafı üçün ən başlıca şərtlərdən biridir.
Azərbaycan mətbuatının özülü 142 il əvvəl sağlam əsaslarla – xalqa təmənnasız xidmət, onun tərəqqisi yolunda çalışmaq amalı ilə qoyulub. Bu bünövrə üzərində ucalan mətbuatımız həmişə xalqımızla bir yerdə olub, onun arzu və əməllərinə çıraq tutub. (2.səh 1-5)

İlk mətbuatdan bu günə qət edilən yol.

1875-ci ilin 22 iyulundan bu günədək böyük bir tarix yaşanıb. Əsrlər dəyişib, tətillər, inqilabi çevrilişlər baş verib, dövlət quruluşları bir-birini əvəz edib. Siyasi gedişlər nəticəsində zaman-zaman düşüncələr də dəyişib. Bu gün dost sayılanlara, sabah düşmən deyilib, yaxud əksinə. Və bütün bunların hamısı mətbuat orqanlarında əksini tapıb. Əbəs yerə demirlər ki, qəzet dövrün aynasıdır. Bu gün nəşr olunan mətbuat orqanları bəzən bizə adi görünür. Ancaq sabah həmin mətbuat orqanlarımızın saralmış səhifələrində bu günümüzün tarixini axtaracaqlar. Və hər şeyi doğru, aydın görəcəklər. Bizim dünənimizi gördüyümüz kimi. Hansısa bir qəzetin və ya jurnalın yanlış yolla getdiyini də, həqiqət carçısına çevrilməyi, ağa ağ, qaraya qara deməyi bacardığını da anlayacaqlar. Bunu da bir tarix kimi qəbul edəcəklər. Bütün sadəliyi və ya təzadları, ziddiyyətləri ilə birlikdə…

Bu günkü dövrümüzdə isə Prezident İlham Əliyevin mətbuata münasibətdə sərgilədiyi səmimi dostluq münasibətləri milli mətbuatı və mətbuat nümayəndələrini dövlətçilik mənafeyi naminə ümummilli maraqlar ətrafında birləşməyə, xalqın mənafeyinə xidmət etməyə səfərbər etməkdədir. Bu gün Azərbaycan söz və fikir azadlığının tam bərqərar olduğu, hər bir vətəndaşın istənilən mətbuat orqanına maneəsiz çıxışının təmin olunduğu bir məkandır. Əhalinin 75%-nin internet istifadəçisi olduğu bir cəmiyyətdə yeni texnologiyalara əsaslanan elektron kütləvi informasiya vasitələrinin inkişafı mətbuatın daha çevik, daha operativ fəaliyyət göstərməsi üçün ideal şəraiti təmin edir. Son 10 ildə KİV təmsilçiləinin həyat və yaradıcılıq imkanları ilə yanaşı peşəkarlıq səviyyəsinin də artdığını görməmək və qeyd etməmək olmaz. Bu günkü müasir jurnalist cəmiyyətin ən fəal, ən mübariz və ən vətənpərvər nümayəndəsidir. Bu gün milli yazarlarımızın yaradıcılığı, onların ölkə və dünya hadislərinə baxışı, çevik və obyektiv münasibəti yalnız milli mətbuatımızda deyil, beynəlxalq mətbuatda da özünə yer almaqdadır. Xarici ölkələrdə, xarici dillərdə dərc olunan dərgilərdə jurnalistlərimizin imzası millətimizin imzasıdır. Bu imzaların sayı nə qədər artırsa, millətimiz də bir o qədər böyüyür. 1990-2000-ci illər arasında jurnalist fəaliyyətinin nə yolla olur-olsun öz maddi ehriyaclarını ödəmək və ya özünün subyektiv siyasi iddialarını qabartmaq vasitəsindən son 10 ildə dövlət və cəmiyyət üçün faydalı olmaq uğrunda intelektual rəqabət meydanına daxil olmasına doğru sürətli keçidi bu nəcib və məsuliyyətli peşəyə olan marağı və bu peşə sahiblərinin nüfuzunu əhəmiyyətli dərəcədə yüksəldə bilib. Bu milli mətbuatımızın yeni dövrə uyğyn, xalqımızın və dövlətimizin tərəqqisi istiqamətində açılan geniş perspektivlərə hədəflənmiş yeni inkişaf mərhələsidir. Bu borcun öhdəsindən layiqincə gəlmək jurnalist peşəsini özünə həyat kredosu seçmiş insanlar üçün şərəf işidir.
Bu şərəfli işdə – vətəndaş, xalq, dövlət və dünya qarşısında öz borcunu layiqincə yerinə yetirmək kimi məsuliyyətli missiyasında 145 yaşlı qocaman milli mətbuatımızın çağdaş nümayəndələrinə möhtəşəm uğurlar arzusu ilə, (3.səh 3)
Nəticə.
Qaymaq südün necə ən yaxşı və az hissəsidir, eləcə də ziyalılar xalqın ən az və ən savadlı hissəsini təşkil edib.Milli mətbuatımızın xalqımızın maariflənməsində, gözünün açılmasındakı rolu misilsizdir. Həyatlarının böyük qismini bu yola həsr edən ziyalılarımıza bir ömür minnətdarıq.

Ədəbiyyat siyahısı.
1. Lent.az
2. https://xeber.azeri.net/medeniyyet/metbuatimizin-ekinci-si
3. https://mod.gov.az/az/pre/19344.html