10 UFAZ telebesi TOTAL ve Fransa sefirliyinin teqadünü qazanıb.
10 UFAZ tələbəsi TOTAL və Fransa səfirliyinin təqaüdünü qazanıb
2020-ci il yanvarın 15-də Total E&P Absheron şirkəti ilə Fransa səfirliyi arasında akademik və təhsil sahələrində peşəkar əməkdaşlığın möhkəmləndirilməsi və inkişaf etdirilməsi çərçivəsində rəsmi Anlaşma Memorandumu imzalanıb. Qafqazda ilk dəfə məhz Azərbaycanda həyata keçirilən bu anlaşmada UFAZ tələbələrinin 2020-ci ilin sentyabr ayından etibarən Fransada magistratura təhsili üçün nəzərdə tutulan təqaüd imkanlarından istifadə edə biləcəyi qeyd olunmuşdur.
Anlaşma çərçivəsində fevralın 12-də Azərbaycan-Fransız Universitetinin (UFAZ) 41 tələbəsi TOTAL şirkəti və Fransanın Azərbaycandakı Səfirliyi tərəfindən yalnız UFAZ tələbələri üçün təşkil edilən Fransada magistratura təhsili üzrə təqaüd proqramı imtahanının ilk mərhələsində iştirak etmişdir. Imtahandan sonra müsahibə mərhələsində də uğurlu nəticə əldə edən 10 UFAZ tələbəsi TOTAL tərəfindən dünyanın dörd bir tərəfindəki mühəndislik sektorunun ən yaxşı tələbələri üçün verilən təqaüdü qazanıb.
Fransanın bir çox Texniki Universitetlərindən qəbul alan UFAZ tələbələri aşağıdakılardır:
Kompüter Elmləri ixtisasının
4-cü kurs tələbəsi
Xaliq Ağakərimov
École Polytechnique
Institut Polytechnique (IP) de Paris
Université Grenoble Alpes
CY Tech EIST
Kompüter Elmləri ixtisasının
4-cü kurs tələbəsi
İradə Bünyatova
IMT Atlantique
CentraleSupelec
École Polytechnique
University Cote d’Azur
Universite Grenoble Alpes
Kimya Mühəndisliyi ixtisasının
4-cü kurs tələbəsi
Polad Xəlilzadə
INSA Toulouse
INP Toulose
Université PSL
Institut Polytechnique de Paris
University of Paris Saclay
IFP School
IMT Atlantique
CentraleSupelec
Kimya Mühəndisliyi ixtisasının
4-cü kurs tələbəsi
Rəhim Əlizadə
INSA Toulouse
IFP School
CentraleSupelec
Kompüter Elmləri ixtisasının
4-cü kurs tələbəsi
Əli Məmmədov
Université Paris-Dauphine | PSL
L’institut polytechnique de Paris
Sorbonne Université
Université Paris-Saclay
Université de Strasbourg
Institut national des sciences appliquées de Lyon
Université Nice Sophia Antipolis
Geofizika Mühəndisliyi ixtisasının
4-cü kurs tələbəsi
Murad İldarov
Université de Strasbourg
Geofizika Mühəndisliyi ixtisasının
4-cü kurs tələbəsi
Cavidan Kərimli
IFP School Petroleum Geosciences
Université Grenoble Alpes
École normale supérieure
University of Nantes
ECOLE POLYTECHNIQUE
ISA Lille
Kimya Mühəndisliyi ixtisasının
4-cü kurs tələbəsi
İsmayıl Səfərli
Université de Strasbourg
Université Toulouse III-Paul Sabatier
Université de Lorraine
Université de Montpellier
Aix-Marseille Université
Kimya Mühəndisliyi ixtisasının
4-cü kurs tələbəsi
Cəmilə İsmayılova
ECPM
ENSIACET
Grenoble INP-Phelma
ENSIC
Chimie ParisTech
ENSCMu
Geofizika Mühəndisliyi ixtisasının
4-cü kurs tələbəsi
Məleykə Əsədova
ECOLE POLYTECHNIQUE
École normale supérieure
Université Grenoble Alpes
Université Côte d’Azur
University of Nantes
ISA Lille
Qeyd edək ki, Azərbaycanda 1996-cı ildən fəaliyyət göstərən və bu dövr ərzində ölkənin inkişafına öz töhfələrini vermiş TOTAL şirkətinin ümumilikdə 150-dən çox şöbəsi var. Şirkətin əsas əməliyyatları emal, kimyəvi istehsal və neft məhsullarının marketinqi, həmçinin qaz və yaşıl enerjinin paylanmasıdır.
Fəaliyyət göstərdiyi bütün ölkələrdə müxtəlif sahələrdə çalışan gənc istedadları dəstəkləyən və tanıdan TOTAL şirkəti UFAZ tələbələri üçün də bir çox imkanlar təqdim edib. Belə ki, 2018-ci ildən etibarən TOTAL şirkəti neft və qaz sahəsində təcrübəli müəllimlərini tələbələrlə müxtəlif təlimlər keçmələri üçün Professeurs Associés vasitəsilə UFAZ-a göndərir.
Muxbir:Savalanzadə Raisə
Mənbə:asoiu.edu.az